Milli Təhlükəsizlik
Nazirliyində görüşlər
Milli təhlükəsizlik naziri
general-leytenant Eldar Mahmudov Azərbaycan Respublikasının təhlükəsizlik
orqanlarının yaranmasının
90 illik yubileyi tədbirlərində iştirak
etmək məqsədi
ilə ölkəmizdə
səfərdə olan
Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin
sədri general-polkovnik
Rustam İnoyatov ilə görüşmüşdür.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, general-polkovnik Eldar Mahmudov qonağı Azərbaycanda görməkdən məmnun olduğunu söyləmiş, ölkələrimiz arasında tarixi-mədəni və dostluq əlaqələrinin, eləcə də hər iki dövlətin yerləşdiyi coğrafi məkanda bəzi oxşar problemlərin mövcudluğunu qeyd etmişdir. O, Azərbaycanda təhlükəsizliyin təmin olunması, cinayətkarlıqla, onun təhlükəli forma və təzahürləri ilə mübarizə sahəsində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən görülən işlər barədə danışmış, regiondakı vəziyyət, ona təsir göstərən amillər, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin doğurduğu fəsadlar və digər amillər, habelə bununla əlaqədar görülən adekvat tədbirlər barədə məlumat vermişdir.
Göstərilən yüksək qonaqpərvərliyə, səmimi və mehriban qarşılandığına, eləcə də ətraflı məlumata görə təşəkkürünü bildirən Rustam İnoyatov, 90 illik yubiley münasibətilə bir daha təbriklərini çatdıraraq, qardaş Azərbaycana ilk səfərindən xoş təəssüratlar aldığını xüsusi qeyd etmişdir. Qonaq bu cür görüşlərin hər iki dövlətin təhlükəsizlik maraqlarının səmərəli qorunmasında böyük əhəmiyyət daşıdığını söyləmiş, eyni zamanda öz ölkəsi tərəfindən beynəlxalq terrorçuluğa, ekstremizmə, mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürlərinə qarşı mübarizə üzrə görülən işlərə dair məlumat vermişdir.
Qarşılıqlı anlaşma
şəraitində keçən
görüşdə, maraq
doğuran digər məsələlər ətrafında
da fikir mübadiləsi aparılmışdır.
* * *
Milli təhlükəsizlik naziri Eldar Mahmudov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 90 illik yubiley tədbirlərində iştirak etmək məqsədi ilə ölkəmizdə səfərdə olan Belarus Dövlət Təhlükəsizlik Komitəsinin sədri general-mayor Vadim Zaytsevlə görüşmüşdür.
Nazir Eldar Mahmudov regionda mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun acı nəticələri haqqında qonağa ətraflı məlumat vermişdir. Nazir, həmçinin regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında xarici partnyorların köməyini yüksək qiymətləndirdiyini və Milli Təhlükəsizlik Nazirliyinin bütün tərəfdaşlara əməli və məlumat dəstəyini verməyə hazır olduğunu qeyd etmişdir.
Vadim Zaytsev 90 illik yubiley münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətini bir daha təbrik etmiş, göstərilən yüksək qonaqpərvərliyə, ətraflı məlumata görə təşəkkürünü bildirmişdir. Qonaq Azərbaycana ilk səfərindən xoş təəssüratlar aldığını, Belarus və Azərbaycan arasında tarixi-mədəni və dostluq əlaqələrinin olduğunu vurğulamış, hər iki xalqın mənafelərinin və təhlükəsizliyinin təmin olunması naminə xüsusi xidmət orqanlarının əməkdaşlıq münasibətlərinin inkişafından məmnun qaldığını qeyd etmişdir.
Səmimi və işgüzar şəraitdə keçən görüşdə maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.-2009.-9 aprel.-S.3.