Azərbaycanlı bəstəkar Avropada sevilir

 

Ötən payız paytaxtın musiqi həyatında yaddaqalan məqamlar oldu. Xüsusilə klassik musiqi həvəskarları Bakı Musiqi Akademiyasında keçirilən konsertdən çox məmnun qaldılar. Avropa orqan sənətinin ulduzu, görkəmli Azərbaycan bəstəkarı, orqanist, improvizə edən Arif Mirzəyev Almaniyadan vətəninə dönərək Bakıda solo konsertini verdi. Bu, uzun illərdən sonra tanınmış musiqiçinin doğma Vətənində pərəstişkarları ilə ilk görüşü idi.

Onu Şərq musiqisinin Sebastyan Baxı adlandırırlar. Görkəmli bəstəkarın əsərləri nəinki doğma Vətənində, bütövlükdə Şərq dünyasında, eləcə uzaq-uzaq ölkələrdə uğurla səslənməkdədir.

Azərbaycan Rusiya Bəstəkarlar İttifaqının üzvü, istedadlı tanınmış bəstəkar Arif Mirzəyev dünya musiqi mədəniyyətinin müasir səhifələrini yazan sənətkarlardan biridir. Bir qəribəlik var ki, bütün Avropanın sevdiyi, qiymətləndirdiyi, məftun olduğu bəstəkarı bəzən öz doğma ölkəsində az tanıyırlar. Arif Mirzəyevin taleyi məhz belə olub. Onu Rusiyada, ABŞ-da, Almaniyada, Fransada, Şotlandiyada, Macarıstanda, Polşada, Türkiyədə, Yaponiyada başqa ölkələrdə nəinki tanıyırlar, həm sənətini yüksək dəyərləndirərək sevirlər.

Rusiya Federasiyasının dövlət mükafatına layiq görülmüş həmyerlimiz Azərbaycan mədəniyyətində orqan dini klassik musiqinin yaradıcısı sayılır. Bəstəkarın iki monumental əsəri daha məşhurdur. O, Şərqdə ilk dəfə olaraq Sebastyan Baxın xatirəsinə orqan musiqisi bəstələyib. Eləcə 1990- ildə Bakıda baş verən 20 Yanvar faciəsi bəstəkarı çox təsirli, böyük bir əsər üzərində işləməyə sövq edib. Xor, orqan, orkestr, kamança xanəndə üçün yazılmış matəm musiqisi olan "Yanvar mərsiyələri" dünyanın bir çox ölkəsində səsləndirildi. Bəstəkarın bu əsəri dinləyicilər, mütəxəssislər, eləcə məşhur musiqiçilər bəstəkarlar tərəfindən yüksək qiymətləndirilib, maraqla qarşılanıb.

Fərəhli faktdır: Arif Mirzəyev ilk azərbaycanlı bəstəkardır ki, Almaniyada "İohan Sebastyan Bax" xatirə gümüş medalına layiq görülüb. Maraqlı cəhətlərdən biri budur ki, bu medal Arif Mirzəyevə dahi bəstəkar Baxın vətəni Ayzeynah şəhərində təqdim edilib. Almaniyanın məşhur bir firmasında xalis gümüşdən hazırlanan bu medal hər bəstəkara, musiqiçiyə verilmir. Arif Mirzəyev dünyanın on birinci bəstəkarıdır ki, belə bir yüksək təltifə layiq görülüb.

Üzeyir Hacıbəyovu, Qara Qarayevi, Fikrət Əmirovu özünün müəllimləri adlandıran, onların yaradıcılığından çox şey öyrəndiyini deyən Arif Mirzəyev onu da bildirir: "Baxın musiqisi mənim bütün həyatımdır".

Uzun illər Moskva mühitində yaşayıb yaradan, şöhrət qazanan soydaşımız indi Almaniyada klassik musiqi ilə məşğul olur. İstedadlı həmyerlimizin əsərlərini bu ölkədə çox sevirlər. Ümumiyyətlə, almanlar orqan musiqisinə həddindən artıq bağlıdırlar. Azərbaycanlı bəstəkarı da ən çox ona görə dəyərləndirirlər ki, onun orqan musiqisi ifa üslubuna görə, daha təsirli həyəcanlıdır. İstər kirxalarda, istərsə möhtəşəm konsert salonlarında almanların böyük məmnuniyyətlə dinlədiyi, sevdiyi qiymətləndirdiyi məhz orqan musiqisidir. Bu fakt danılmazdır. Arif Mirzəyevin əsərləri bu baxımdan ruhu oxşayan, qəlbə təsir edən musiqi sayılır. Onun haqqında yazan alman bəstəkarları həmişə vurğulayırlar ki, Arif Mirzəyevin musiqisinə qulaq asdıqca insanın bütün varlığına qəribə rahatlıq, sakitlik dolur. Daha çox düşünmək, fikirləşmək istəyirsən.

Bir məsələ maraqlıdır ki, Azərbaycanda başqa musiqi janrlarına daha çox diqqət verildiyi halda necə olub ki, Arif Mirzəyev orqan musiqisinə bağlanıb? Redaksiyamızın qonağı olarkən söhbət əsnasında bəstəkar bunu belə cavablandırdı:

- Ötən əsrin əvvəllərində ailəmiz bölgədən paytaxta gəlib. Atam Bakıda bir almandan mənzil almışdı. Həmin ailə Azərbaycandan köçərkən əşyalarının çoxunu apara bilməmişdi. Onlardan bizə xeyli musiqi aləti - royal, pianino, notlar kitabı qalmışdı. Uşaqlıqdan musiqiyə böyük həvəs göstərirdim. Sebastyan Baxla bağlı ədəbiyyatı oxudum, onun əsərləri olan notları vərəqlədim. Bir sözlə, lap erkən yaşlarımdan bu dahi bəstəkarın musiqisinə bağlandım. Mən ürəklə deyirəm ki, bəstəkarın xatirəsinə həsr etdiyim simfoniyanı da elə bu vurğunluqdan yazdım. Bütün bunlar qəlbimin məhəbbətindən doğdu.

Elə bu məhəbbət Arifə şöhrət gətirdi. Ümumiyyətlə, ailə üzvləri hamısı incəsənətlə, musiqi ilə bağlıdır. Böyük qardaşı Musa Mirzəyev tanınmış bəstəkardır, Prezident təqaüdçüsüdür. O, Azərbaycan musiqisində simfonik əsərlərin ilkin yaradıcılarından sayılır. Şamil Mirzəyev sənədli filmlər üzrə rejissordur. Dövlət mükafatı laureatıdır. Sabir Mirzəyev ərəbşünas olsa da, musiqiyə meyli çoxdur. Bacısı Tamella Mirzəyeva Musiqi muzeyinin aparıcı əməkdaşlarından biridir. Bu nəsildə müxtəlif janrlar üzrə musiqi ifaçıları var. Hətta bəziləri beynəlxalq müsabiqələrin qalibləri olublar.

Münhendə yaşayan görkəmli fransız pianoçusu Jak Plat Azərbaycan bəstəkarının əsərlərinə qulaq asarkən vəcdə gəlmiş heyrətlə demişdir: "Mən indiyə qədər bu dərəcədə qəlbə təsir edən musiqi eşitməmişəm. Arif Mirzəyev bütün bu sintezi, müxtəlif musiqilərin qovuşmasını necə yarada bilib? O, sanki musiqidə rəssamlıq edir. Məni anlayırsınızmı?" Cavabını da özü verib: "Arif Mirzəyev Azərbaycan musiqisində Leonardo da Vinçidir". Çox böyük dürüst qiymətdir. Həqiqətən Arif Mirzəyevin musiqisinə qulaq asdıqca, adamın gözləri qarşısında qəribə mənzərələr açılır. Bu mənzərələr o zaman daha çox təsirli rəngarəng olur ki, musiqini orqanda ifa edən Arifin özü olsun. Eyni musiqini başqa ifaçı da çatdırır, Arif Mirzəyev . Bəlkə ayrı-ayrılıqda o ifaçı da müəyyən mənada uğurlar qazana bilir, amma Arifin ifaçılığı tamam başqa aləmdir. Sanki ürəyi şirmayi dillərə toxunan barmaqlarda döyünür, baxmayaraq ki, onun təqdim etdiyi muğamdır, milli musiqi. Amma elə qəribə təsiretmə, əfsunlama qüdrəti var ki, qalırsan heyrətdə.

Son illərdə Arif Mirzəyevin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Dahi Prezidentin kədərli duası" adlı əsəri müasir Avropa musiqisinin nailiyyəti sayıldı. Əsəri dinləyən alman bəstəkarları çox təsirləndiklərini riqqətlə dilə gətirdilər. Hətta bu barədə mətbuatda da maraqlı yazılar dərc edildi.

Soydaşımız öz əsərlərində həm sülh carçısı kimi çıxış edir. Onun musiqisi xalqlar arasında dostluq, ünsiyyət körpülərinin qurulmasına xidmət edir. Bu baxımdan Amerikada baş vermiş sentyabr terroru ilə əlaqədar bəstələdiyi "Nyu York passionları 2001" əsəri faciə qurbanlarının xatirəsinə həsr olunub. Musiqinin coşqun kədərli ahəngində müharibələr, terrorlar pislənilir.

Ömrünün 65-ci baharına qədəm qoyan görkəmli bəstəkar yaradıcılığının ən kamil dövründədir. Harada yazıb yaratmasından asılı olmayaraq onun bütün əsərləri Azərbaycan bəstəkarlıq məktəbinin coşqun təntənəsi deməkdir.

Yazımızı arzularla sona yetirmək istəyirik. Uzun illər möhtəşəm bir konsert salonunda orqan musiqisini dinləmək imkanımız olmayıb. İndi şəhərimizin qızıl tacına çevrilən Filarmoniyamızın yenidən mədəni mühitimizə qayıtması imkan verir ki, biz tamaşaçılar da öz musiqisi ilə dünyanı heyrətə gətirən Arif Mirzəyevə qulaq asmaq sevincini yaşayaq.

Hazırda Almaniyanın Fulde şəhərində yaşayan həmyerlimiz yeni musiqi əsərləri üzərində işləməkdədir. Onun musiqiçilər arasında böyük hörməti nüfuzu var. Musiqi xadimi, doktor Volfqanq Zuxan soydaşımızı "musiqinin hərtərəfli professoru" adlandırıb. Eləcə Almaniyanın məşhur dirijorları da Arif Mirzəyevin yaradıcılığını çox yüksək qiymətləndirirlər. Hər birimiz üçün həqiqətən qürur doğuran haldır ki, Azərbaycan bəstəkarı yad məmləkətlərdə öz istedadı ilə böyük nüfuz qazanaraq rəğbətlə qarşılanır.

 

 

F.Xəlilzadə

 

Azərbaycan.-2009.-9 aprel.-S.7.