Milli dəyərlərə sədaqət mühüm şərtdir

 

Qəzetimizin 21 dekabr 2008-ci il tarixli nömrəsində dərc edilən "Operasız opera teatrı" başlıqlı məqalədə bu sənət ocağında müşahidə olunan bəzi nöqsanlar diqqətə çəkilmiş, kollektivin öz işini günün tələbləri səviyyəsində qurması, aktual problemlərin tezliklə yoluna qoyulması arzusu ifadə edilmişdir. Həmin yazı ilə bağlı Mədəniyyət Turizm Nazirliyindən cavab məktubu almışıq.

Cavabda deyilir:

 

Hörmətli redaksiya!

Müstəqil Azərbaycan mətbuatında öz dəst-xətti ilə seçilən, geniş oxucu auditoriyasına malik, pərəstişkarları tərəfindən həmişə maraqla oxunan "Azərbaycan" qəzeti dövlətçilik milli dəyərlər mövqeyindən çıxış edərək xalqın möhtəşəm bir tribunasına çevrilmişdir. Ötən müddət ərzində azad sözün, demokratik fikrin formalaşmasında, ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda mübarizədə, milli özünüdərkin təbliğində qəzetinizin danılmaz xidmətləri var.

"Azərbaycan" qəzetinin səhifələrində respublikamızın mədəni həyatına, mədəniyyət incəsənət xadimlərinin yaradıcılığına, gündəlik qayğı problemlərinə həsr olunmuş müxtəlif maraqlı yazılar çap olunur.

"Azərbaycan" qəzeti eyni zamanda, respublikamızda gedən teatr proseslərini hər zaman diqqət mərkəzində saxlayır ətraflı işıqlandırır, problemlər haqqında söhbət açır, ictimaiyyətin geniş müzakirəsinə təqdim edir. Qəzet milli-mədəni dəyərlərimiz içərisində xüsusi əhəmiyyət kəsb edən teatr sənətinə böyük önəm verir. Bunun üçün qəzetin rəhbərliyinə bütün əməkdaşlarına təşəkkür edirik.

Qəzetin 21 dekabr 2008-ci il tarixli nömrəsində dərc olunan "Operasız... opera teatrı" başlıqlı məqalə Azərbaycan teatrının tarixi, bu günü, gələcəyi haqda vətəndaşlıq mövqeyinin əks-sədası kimi qəbul edilmişdir. Məqalədə qaldırılan bir çox məsələlər - Opera Balet Teatrının repertuar məsələsi, Arif Məlikovun baletinin səhnə təcəssümü, gənc istedadların çıxışları aktual problemlər kimi daim nazirliyin diqqət mərkəzindədir.

Yəqin razılaşarsınız ki, Azərbaycan teatrını xalqımızın güvənc qürur mənbəyi olan Üzeyir Hacıbəyov yaradıcılığına biganəlikdə suçlamaq mümkün deyil. Ü.Hacıbəyovun milli musiqi mədəniyyətimizin inciləri sayılan şah əsərləri nəinki Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının, habelə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının, Şuşa Dövlət Musiqili Dram Teatrının, İrəvan Dövlət Azərbaycan Dram Teatrının, Dövlət Gənclər Teatrının, Qax Kukla Teatrının uzun illərdir ki, repertuarını bəzəyir. Onun felyetonları əsasında Dövlət Pantomima Teatrının Lənkəran Dövlət Dram Teatrının səhnəsində daim nümayiş olunur. Dahi bəstəkarın "Koroğlu", "Leyli Məcnun" operaları, "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları Opera Balet Teatrının cari repertuarlarındadır. "Əsli Kərəm" tamaşası isə bu yaxınlarda musiqi ictimaiyyətinə təqdim ediləcəkdir.

Digər bir məsələ görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin Opera Balet Teatrında deyil, Heydər Əliyev adına Sarayda göstərilməsi ilə bağlıdır. Ölkə başçısının müvafiq sərəncamı ilə ötən il Arif Məlikovun 75 illiyi respublikamızda böyük təntənə ilə qeyd edilmişdir. Yubiley çərçivəsində Rusiyanın tanınmış kollektivi, Sankt-Peterburqun Mariinski Teatrı bir neçə tamaşa, o cümlədən "Məhəbbət əfsanəsi" baleti ilə Bakıya qastrola gəlmişdi. Səfərqabağı teatrın inzibati-texniki heyəti şəhərimizdəki teatr binalarını gəzmiş texniki təchizat baxımından ən əlverişli sayılan Heydər Əliyev adına Sarayda çıxış etməyi qərara almışdı. Biz isə dəvət edən təşkilat kimi bu təklifi dəstəkləmişik.

Qeyd etməliyik ki, Mədəniyyət Turizm Nazirliyi istedadlı gənclərin üzə çıxarılması istiqamətində məqsədyönlü aparır, onların xarici dövlətlərdə təhsilinə xüsusi önəm verir. Belə gənclərdən biri Elçin Əzizovdur. O, məhz Mədəniyyət Turizm Nazirliyinin maddi təşkilati dəstəyi ilə Q.Vişnevskayanın opera mərkəzində təhsil almaq imkanını əldə etmişdir. Bizim ümidlərimizi doğruldan Elçin Əzizov bu gün nəinki Bolşoy Teatrda, eləcə dünyanın bir çox məşhur səhnələrində çıxış etməyə layiqdir.

Azərbaycan teatrı yaradıcılıq axtarışındadır. Müasir yozumlu, yeni düşüncə tərzi ilə fərqlənən tamaşaların hazırlanması üçün teatrlar beynəlxalq layihələrdə iştirak edirlər. Belə layihələr çərçivəsində xarici dövlətlərdən rejissorlar, dirijorlar, xoreoqraflar Bakıya dəvət olunurlar. Nəticədə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının yaradıcı kollektivinin "Yeddi gözəl" kimi uğurlu tamaşası yaranmışdır. Lakin bu layihələr təkcə Opera Balet Teatrı ilə tamamlanmır. Rejissor, Finlandiyada yaşayan həmyerlimiz, " qara" Teatrının bədii rəhbəri Kamran Şahmərdanın Azərbaycan Dövlət Kukla Teatrında hazırladığı " qara" tamaşası ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır. Bu yaxınlarda isə onun Azərbaycan Dövlət Rus Dram Teatrında quruluş verdiyi J.Anuyun "Torağay" tamaşasının premyerası keçiriləcəkdir. Bundan başqa, Belarus Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Nataliya Başeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Moskva Uşaq Kölgə Teatrının baş rejissoru Mərdan Feyzullayev Şəki Dövlət Teatrında, Kutaisi Gənclər Teatrının bədii rəhbəri Zorab Kxekadze Lənkəran Dövlət Dram Teatrında tamaşa hazırlayacaqlar.

Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi "Azərbaycan" qəzeti ilə mədəni dialoq çərçivəsində hər zaman əməkdaşlıq etməyə hazırdır.

 

 

Hörmətlə,

Ədalət Vəliyev,

mədəniyyət turizm

nazirinin müavini

 

Azərbaycan.-2009.-9 aprel.-S.7.