Əsərləri sərhədlər aşıb

 

Rastlaşdığımız hər hansı bir hadisə, hər gün yanından dəfələrlə ötüb keçdiyimiz, bəzən fərqinə varmadığımız müxtəlif məqamlar bizə çox adi görünə bilər. Ancaq rəssamlar həyatın yeknəsək cizgilərini əfsanəyə, nağıla çevirməyi bacarırlar. Daha dəqiq desək, bizim gördüyümüzü, lakin duya bilmədiyimizi onlar görür, dərk edir rənglərin dili ilə kətana köçürürlər.

Tanınmış rəssam Mircəlil Seyidov da belələrindəndir. Doğma vətənimizin əsrarəngiz gözəlliklərini öz əsərləri ilə çox yerdə tanıdıb. Azərbaycan Respublikasının əməkdar rəssamıdır. Onunla emalatxanasında görüşdük. Yaradıcılıq fəaliyyətindən özünəməxsus təvazökarlıqla danışmağa başladı. Ömrünün 7-ci onilliyinə qədəm qoyan M.Seyidov Naxçıvanda dünyaya göz açıb. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra Sankt-Peterburqda Muxina adına Ali Bədii-Sənaye Məktəbini bitirib. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1972-ci ildən respublika, ümumittifaq beynəlxalq sərgilərin iştirakçısıdır. 1999-2004-cü illərdə Türkiyədəki Antalya Ağdəniz Universitetinin müəllimi kimi fəaliyyət göstərmişdir.

Onun H.Cavidin yaradıcılığına müraciət edərək yaratdığı "Cavid dünyası" silsilə əsərləri yüksək poetik fikirlərin, amalların bədii təcəssümüdür. Hazırda rəssam yeni əsərlər üzərində işləyr.

Bütün tabloları bədii kamilliyi orijinallığı ilə seçilir. Rəssamın 20 Yanvara həsr olunmuş tablolarında Azərbaycan xalqının faciəsi rənglərin dili ilə tamaşaçıya çatdırılır. "Qaçqınlar", "Əzab çəkmiş qoca", "Həsrət" adlı əsərlərində bir milyondan artıq qaçqının yaşadığı sarsıntıları, insan faciəsini rənglərlə kətana hopdurub.

M.Seyidovun şah əsəri "Sənət sənətçilər"dir. İlk baxışda elə hesab edirsən ki, əsər tripdixdir. Ancaq sənətkarın dərin fantaziyasının, gərgin axtarışlarının bəhrəsi olan bu əsərdə bir bütövlük əks olunub. M.Seyidovun ustalığı ondadır ki, rənglər harmoniyasını kətana həkk edə bilir. Onun qəlbinin səsi, içinin musiqisi rənglərə çevrilir. M.Seyidovun Böyük Britaniyanın məşhur rok musiqi qrupu "Pink Floyd"a həsr etdiyi əsəri bir çox ölkələrdə xüsusi marağa səbəb olub. Ümumiyyətlə, rəssamın yaradıcılığı barədə dünya, xüsusilə Türkiyə mətbuatında bir çox yazılar dərc olunmuşdur.

Əsərlərindəki aydın fikir, rəng çalarlarının cazibəsi, forma gözəlliyi, məzmun dərinliyi Azərbaycan rəssamına böyük uğurlar gətirir. Bu səbəbdən onun əsərləri Azərbaycan Respublikası Mədəniyyət Turizim Nazirliyinin bədii fondunda, Almaniya, Avstriya, ABŞ, Türkiyə, Fransa, İngiltərə başqa ölkələrin muzeylərində, rəsm qalereyalarında şəxsi kolleksiyalarda özünə yer almışdır.

Sadə, səmimi ömrünü yaradıcılıq axtarışlarına həsr edən sənətkarın respublikamızın hüdudlarından kənarda tanınması qəlbimizi qürur hissi ilə doldurur. O, ötən əsrin 80-ci illərində ulu öndər Heydər Əliyevin Sankt-Peterburqa oxumağa göndərdiyi milli kadrlardan biri kimi geri qayıtdı, öz vətənində yaşayıb yaratdı öz fırçası ilə sözünü deyərək Azərbaycan mədəniyəti tarixində bənzərsiz izini qoya bildi. Onun sənət əsərləri haqqında çox söz söyləmək olar. Ancaq mərhum teatrşünas Cəlil Vəzirovun təbirincə desək: "Mircəlil Seyidovu yazılarla anlatmaq mümkün deyil. Onun əsərlərindəki canlılığı, rəng çalarlarının müxtəlifliyini harmoniyasını, hadisələrə özünəməxsus baxışını, hər insanın görə bilmədiyində bir gözəllik tapmasını ancaq əsərləri vasitəsilə anlamaq mümkündür".

 

 

Sara Əzimova,

Naxçıvanda çıxan

"Şərq qapısı" qəzetinin əməkdaşı

 

Azərbaycan.-2009.-9 aprel.-S.7.