Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlıq
münasibətləri uğurla
davam edir
Aprelin 9-da Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Viktor Yuşşenkonun rəsmi qarşılanma mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ukrayna Prezidenti Viktor Yuşşenkonu və xanımı Katerina Yuşşenkonu səmimiyyətlə qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verdi.
Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri
qarovul dəstəsinin
qarşısından keçdilər. Ukrayna Prezidenti
Azərbaycan əsgərlərini
salamladı.
Azərbaycanın dövlət və
hökumət nümayəndələri
Prezident Viktor Yuşşenkoya,
Ukrayna nümayəndə
heyətinin üzvləri
Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının
qarşısından keçdi.
Sonra prezidentlər rəsmi foto çəkdirdilər.
AzərTAc
Azərbaycan.-2009.- 10 aprel.-S.1.