Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Viktor Yuşşenkonun təkbətək görüşü

 

Aprelin 9-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Viktor Yuşşenkonun təkbətək görüşü olmuşdur.

Görüşdə Azərbaycan-Ukrayna əlaqələrinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olundu.

Dövlət başçıları ikitərəfli münasibətlərin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladılar. Bildirildi ki, səfər zamanı imzalanacaq sənədlər Azərbaycan ilə Ukrayna arasında əlaqələrin daha da dərinləşməsinə yaxşı zəmin yaradacaqdır.

Prezidentlər ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliklərini söylədilər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-10 aprel.-S.1.