Milli Azərbaycan Tarixi Muzeyi ilə
tanışlıq xoş
təəssürat doğurmuşdur
Ukrayna Prezidenti Viktor Yuşşenkonun
Azərbaycana rəsmi
səfəri çərçivəsində
xanımı Katerina Yuşşenko aprelin 9-da Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur.
Qonağa muzeyin tarixi barədə ətraflı
məlumat verilmişdir. Bildirilmişdir ki, muzeyin yerləşdiyi
və Bakının ən gözəl memarlıq abidələrindən
olan bu bina
1895-1897-ci illərdə tikilmiş
və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü
olmuşdur. 1920-ci ildə binada yaradılmış muzeydə
qədim dövrdən
başlayaraq Azərbaycan
tarixinin bütün mərhələlərinə dair
qiymətli eksponatlar toplanmışdır.
Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar,
Ağqoyunlular, Səfəvilər
dövlətləri dövrünə
aid maddi mədəniyyət
nümunələri ölkəmizin
qədim dövlətçilik
ənənələrindən xəbər verir.
Orta əsr Azərbaycan qadınlarına məxsus
zinət əşyaları,
məişətdə işlədilmiş
əşyalar qonaqda böyük maraq doğurmuşdur.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirmişdir ki, 150-dən
çox işçisi
olan muzey həm də Milli Elmlər Akademiyasının strukturunda
elmi tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını
yerinə yetirir. Muzeyin binası
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə
əsaslı təmir
olunmuş və yeni görkəm almışdır.
Muzeydə 1918-ci il mart hadisələri
zamanı Bakıda erməni daşnakları tərəfindən törədilmiş
qırğınlarla bağlı
eksponatlar, tarixi sənədlər xanım
Katerina Yuşşenkonun
xüsusi marağına
səbəb olmuşdur.
Bu hadisələr barədə ona ətraflı məlumat verilmişdir.
300 mindən çox eksponatı olan muzeydə xalqımızın
bir çox görkəmli şəxsiyyətlərinin
təhsil almasına yardımçı olmuş
Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə
dair fotoşəkillər,
tarixi sənədlər,
ona məxsus qiymətli əşyalar da toplanmışdır. Ukrayna Prezidentinin xanımı Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyinin eksponatları ilə də
Muzeylə tanışlıqdan
xoş təəssürat
alan xanım
Yuşşenko Xatirə
kitabına ürək
sözlərini yazmışdır.
Hörmətli qonağa muzeylə bağlı kitablar, albom və kompakt
disk hədiyyə olunmuşdur.
Xanım Katerina Yuşşenko muzeyə xatirə hədiyyəsi - "Ukrayna
Milli İncəsənət
Muzeyi" kitabını
təqdim etmişdir.
AzərTAc
Azərbaycan.-2009.-10 aprel.-S.3.