Azərbaycan ilə Litva arasında təhlükəsizlik sahəsində
qarşılıqlı maraq
doğuran məsələlər
müzakirə olunmuşdur
Milli təhlükəsizlik
naziri, general-leytenant Eldar Mahmudov Azərbaycan Respublikasının
təhlükəsizlik orqanlarının
yaranmasının 90 illik
yubiley tədbirlərində
iştirak etmək məqsədi ilə ölkəmizdə səfərdə
olan Litva Respublikasının Dövlət
Təhlükəsizlik Departamentinin
direktoru Povilas Malakauskasla görüşmüşdür.
Nazir Eldar Mahmudov regionda gedən proseslər, meydana çıxan müxtəlif
növ təhdidlər,
habelə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
problemi və ondan irəli gələn fəsadlar barədə danışmışdır. General-leytenant
Eldar Mahmudov beynəlxalq terrorçuluq,
narkotiklərin qanunsuz
dövriyyəsi, qeyri-leqal
miqrasiya və transmilli mütəşəkkil
cinayətkarlığın digər təhlükəli
təzahürlərinin artmasının
bütün dünyada
ciddi narahatlıq doğurduğunu qeyd etmiş, bununla əlaqədar Milli Təhlükəsizlik Nazirliyi
tərəfindən yeni
təhdidlərə qarşı
həyata keçirilən
adekvat tədbirlərin,
yaradılmış aidiyyəti
qurumların fəaliyyətinin
konkret nəticələri
barədə qonağa
məlumat vermişdir.
Povilas Malakauskas 90 illik yubiley münasibətilə
Milli Təhlükəsizlik
Nazirliyinin şəxsi
heyətini bir daha təbrik etmiş, göstərilən
yüksək qonaqpərvərliyə,
geniş və dolğun məlumata görə təşəkkürünü
bildirmişdir. Qonaq respublikamıza ilk gəlişindən
xoş təəssüratlar
aldığını, Azərbaycan
Respublikasının və
Litva Respublikasının
təhlükəsizlik maraqlarının
təmin olunması sahəsində aktuallıq
kəsb edən məsələlər ətrafında
aparılan müzakirələrin
nəticələrindən razı qaldığını
qeyd etmiş və səfərinin ölkələrimizin, eləcə
də müvafiq strukturlar arasındakı əlaqələrinin daha da möhkəmlənməsi
üçün faydalı
olacağına əminliyini
bildirmişdir.
Səmimi və qarşılıqlı
anlaşma şəraitində
keçən görüşdə
maraq doğuran bir sıra digər
məsələlər barədə
də fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.-2009.-10 aprel.-S.3.