BTC- indiyədək 78,6 milyon ton neft vurulub

 

Keçən ay Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə 3,1 milyon ton Azərbaycan nefti nəql olunub. Yanvar-mart aylarında kəmər 8,2 milyon ton neft ötürüb. Ümumiyyətlə, BTC- istifadəyə veriləndən bəri 78,6 milyon ton neft vurulub.

BTC-nin dünya bazarlarına daşıdığı neft əsasən Xəzərin Azərbaycan bölməsindəki "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından çıxarılır. Bu yataqların tammiqyaslı işlənməsi layihəsi çərçivəsində indi yeddi platforma fəaliyyət göstərir. Onlardan beşi hasilat platformasıdır. AÇG "Azəri", "Çıraq" "Dərinsulu Günəşli" yataqlarının hamısının işlənməsini əhatə edən iri bir layihədir. AÇG-nin böyüklüyünü göstərən tək bir faktı qeyd etmək kifayətdir: onun tərkibindəki "Azəri" yatağının özü üç hissədən - mərkəzi, qərb şərq hissələrindən ibarətdir.

Yataqlardan dənizdəki sualtı borularla Səngəçal terminalına daxil olan neft başlanğıcını buradan götürən BTC- vurulur. Başqa sözlə, BTC-nin birinci baş nasos stansiyası Səngəçalda yerləşir. Kəmərin yolu qədər uzun olsa da, onun fəaliyyətinə nəzarət buradan - Bakıdan, onun təxminən 45 kilometrliyindəki Səngəçal terminalından həyata keçirilir.

BTC-nin üç ölkənin - Azərbaycanın, Gürcüstanın Türkiyənin ərazisində qət etdiyi 1770 kilometrə yaxın məsafə boyunca 8 belə nasos stansiyası var. Onlardan ikisi Azərbaycanda, ikisi Gürcüstanda, dördü isə Türkiyədədir. Bu nasos stansiyaları Azərbaycan neftini növbə ilə bir-birinə "ötürür". Beləliklə, neft Heydər Əliyev adına Ceyhan terminalına çatır.

Xatırladaq ki, keçən ilin payızından BTC- Qazaxıstan nefti vurulur. Əlbəttə, hələlik kiçik bir həcmdə. Bu "Tengiz" yatağından hasil edilən neftdir. Yaxın gələcəkdə BTC ilə "Kaşaqan" dəniz yatağından çıxarılan neft axıdılacaq.

Qazaxıstan BTC-ni bu kəmərin çəkilişi ideyası yarandığı ilk günlərdən dəstəkləyir. Bu dəstək illərin sınağından keçərək Qazaxıstan neftinin Xəzər dənizi vasitəsilə Azərbaycanın ərazisinə çatdırılması burada BTC- qoşulması barədə iki dövlət arasında rəsmi sənədlərin imzalanması ilə nəticələnib. Həmin istiqamətdə nəzərdə tutulan işlər tədricən reallaşmaqdadır.

Beləliklə, BTC rəvan fəaliyyət göstərir. Keçdiyi bütün ərazilərdə boruları torpağa basdırılan kəmərin təhlükəsizliyi tam təmin olunub. Bu ərazilərdə altından boru xətti keçən torpaq sahələrində kəndli fermer təsərrüfatlarının işçiləri əkin-biçinlə məşğuldurlar.

BTC-nin işə düşməsi əvvəllər Bosfor boğazında daim əmələ gələn nəqliyyat sıxlığını da aradan qaldırıb. Belə ki, BTC başlanğıcından son nöqtəsinə - Ceyhan terminalınadək nefti borularla nəql edir.

BTC-nin səmərəliliyini təsdiqləyən bir fakt da odur ki, onun Ceyhana çatdırdığı neft burada tankerlərə yüklənir fasiləsiz olaraq dünya bazarlarına göndərilir. Təkcə keçən ay Ceyhan limanından 2,9 milyon ton Azərbaycan nefti yola salınıb. İlin birinci rübündə isə bu göstərici 8,4 milyon ton olub. Ümumiyyətlə, BTC istismara verilən gündən indiyədək Ceyhandan dünya bazarlarına 76,7 milyon ton Azərbaycan nefti göndərilib.

 

 

F.Sadıqlı

 

Azərbaycan.-2009.-10 aprel.-S.3.