2009-cu il üçün nəzərdə tutulan bütün proqram layihələr uğurla icra olunur

 

Ötən ildən başlayaraq bütün dünyanı cənginə alan qlobal iqtisadi böhran bir sıra dövlətlərdə iqtisadiyyatın durğunluq dövrünə qədəm qoyması, bəzi dövlətlərdə isə tənəzzülə uğraması ilə müşayiət olunmaqdadır. İqtisadi təhlillər göstərir ki, özünün iqtisadi təhlükəsizliyinə nail olmuş dövlətlər belə hələ gələn ilədək davam edəcək böhrandan minimum itki ilə çıxa biləcəklər. İqtisadi asılılığı olan dövlətlər isə, məsələn Ermənistan, böhranın bütün acılarını yaşamağa məhkumdur.

Bir çox ölkədə müəssisələrin fəaliyyətinin dayanmasına, işsizliyin artmasına səbəb olan qlobal böhranın törətdiyi fəsadlar əksər dövlətlərdə nəticə etibarilə iqtisadiyyatın real sektoruna mənfi təsiri gücləndirib. Bu da sonda iqtisadi artım templərinin aşağı rəqəmlərlə ifadə edilməsinə səbəb olub. Dünya iqtisadiyyatının tənəzzül dövrünə qədəm qoyması həm bütün ölkələrdə istehlakın tələbatın kəskin enməsi ilə müşayiət olunmaqdadır.

Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiyası şəraitində inkişaf etdiyindən qlobal iqtisadi böhranın ölkəmizə təsiri qaçılmaz idi. Gözlənildiyi kimi, böhran Azərbaycanı da ciddi sınağa çəkdi. Amma bir çox dövlətlərdən fərqli olaraq, həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə böhranın təsiri güclü olmadı. Azərbaycan Prezidentinin tapşırığı ilə həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində onun mənfi təsirləri ölkə iqtisadiyyatında praktiki hiss olunmadı. Bu tədbirlər sayəsində ölkəmiz qlobal böhranı kifayət qədər hazırlıqlı qarşıladı.

2008-ci ildən başlanan beynəlxalq maliyyə böhranı, mürəkkəb risklər şəraitində Azərbaycan nəinki özünün iqtisadi tarazlığını qorudu, yüksək dayanıqlıq sabitlik nümayiş etdirdi, hətta qeyri-neft sektorunda 16 faizlik artıma nail oldu. Beləliklə, ötən il dünya tarixində maliyyə iqtisadi böhran dövrü kimi yadda qalsa da, Azərbaycan üçün növbəti uğurlu il oldu. 2008-ci ildə Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişafını davam etdirdi nəzərdə tutulmuş bütün sosial-iqtisadi proqramlar digər layihələr uğurla icra edildi.

Xüsusilə qeyd edilməlidir ki, iqtisadi böhran Azərbaycanda əhalinin sosial səviyyəsində, demək olar ki, hiss olunmadı. Üstəlik, bir sıra məhsulların qiymətinin aşağı düşməsi əhalinin alıcılıq qabiliyyətinin artmasına mühüm təsir göstərdi.

Beynəlxalq Valyuta Fondunun Dünya Bankının hesabatlarında Azərbaycanda həyata keçirilən sistemli iqtisadi islahatlar 2009-cu il üçün ölkəmizin iqtisadi inkişaf perspektivləri, hazırlanmış büdcə sənədləri, dünya maliyyə böhranının ölkə iqtisadiyyatına təsirinin qarşısının alınması ilə bağlı görülən tədbirlər müsbət qiymətləndirilir. Beynəlxalq təşkilatların hesabatında Azərbaycan iqtisadiyyatı böhrana davamlı ölkələrin aparıcı qrupundadır. Uğurla həyata keçirilən yeni neft strategiyasından əldə edilən gəlirlər hesabına ölkəmizin böhrandan etibarlı təhlükəsizliyini təmin etmək mümkündür. Bu gün Azərbaycanın valyuta ehtiyatları ortamüddətli dövrdə büdcə sabitliyinin təmin edilməsi üçün yetərli səviyyədədir.

Artıq 2009-cu ilin birinci rübü başa çatıb. Beynəlxalq böhranın bütün dünyada hələ tüğyan etməsinə baxmayaraq, ölkəmizin iqtisadi inkişafı öz axarı ilə davam edir. Prezident İlham Əliyev bir neçə gün əvvəl Təhlükəsizlik Şurasının iclasında bu barədə deyib: "2009-cu ildə ölkəmizin uğurlu inkişafı davam edir, bütün sahələrdə müsbət meyillər daha da güclənir, Azərbaycanın uzunmüddətli inkişaf strategiyası icra olunur. Bütün bunlar bir daha göstərir ki, bizim seçdiyimiz yol düzgün yoldur, bu yolda artıq böyük nailiyyətlər əldə edilibdir. Azərbaycan müxtəlif zamanlarda çətin sınaqlardan şərəflə çıxa bilmişdir indi ölkəmiz həm siyasi, həm iqtisadi cəhətdən çox uğurla inkişaf edir".

Hələ ötən ildən 2009-cu il üçün icrası nəzərdə tutulan proqram layihələr məlum idi. Bəzi ekspertlər qlobal iqtisadi böhran şəraitində ölkəmizin sosial-iqtisadi inkişafına xidmət edən bir çox layihələrin həyata keçirilməsinə şübhə ilə yanaşırdılar. Xüsusilə qeyd edirdilər ki, neftin qiymətinin kəskin aşağı düşməsi həyata keçirilən nəzərdə tutulan layihələri yarımçıq qoyacaq. Lakin son üç ayın nəticələri göstərir ki, ötən illərdən başlanan eləcə bu ildən həyata keçirilməsi nəzərdə tutulan bütün proqramlar, layihələr uğurla icra olunur. Bunun üçün Azərbaycan dövlətinin kifayət qədər maliyyə vəsaiti var.

Prezident İlham Əliyev 2009-cu il üçün nəzərdə tutulan bütün proqramların icra olunacağını bildirib: "2009-cu ildə qarşıda duran bütün vəzifələr icra olunmalıdır, konkret proqramlar icra edilməli, nəzərdə tutduğumuz bütün məsələlər həyatda öz əksini tapmalıdır. Azərbaycanda çox gözəl ictimai-siyasi vəziyyət mövcuddur. Uzun illərdir ki, ölkədə sabitlik, əmin-amanlıq hökm sürür bu amillər hər bir ölkə, o cümlədən Azərbaycan üçün, hər bir ölkənin inkişafı üçün başlıca şərtdir".

Azərbaycan hökumətinin son illərdə xüsusi diqqət yetirdiyi məsələlərdən biri ölkədə yol-nəqliyyat infrastrukturunun yenidən qurulmasıdır. Ötən illərdən başlayaraq paytaxt Bakıda regionlarda bu istiqamətdə çoxsaylı layihələrin icrasına başlanılıb. 2006-cı ildən başlayaraq Bakının yol-nəqliyyat infrastrukturunda köklü dəyişikliklərin baş verməsi, yeni körpülərin yol qovşaqlarının istifadəyə verilməsi paytaxtımızda ciddi problemə çevrilən tıxacların aradan qaldırılmasında əhəmiyyətli rol oynayıb. Yeni körpülər yol qovşaqları, həmçinin piyada keçidləri həm Bakının görkəmini dəyişib, paytaxtı daha da müasirləşdirib. Hazırda Bakının yol-nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində nəzərdə tutulan digər layihələr uğurla icra olunmaqdadır. Aprelin 6-da Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev prospektindəki dəmiryol körpüsünün yanındakı ikinci yardımçı körpü-tunelin Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində yerləşən tunel tipli yolötürücünün açılması bunu bir daha təsdiqlədi.

Paytaxtla yanaşı, Rusiya, İran Gürcüstan istiqamətlərində beynəlxalq əhəmiyyətli yolların yenidən qurulması ilə bağlı işlər uğurla davam edir. Bu istiqamətlərdə olan yolların bəzi hissələri beynəlxalq standartlar səviyyəsində tamamilə yenidən qurularaq istifadəyə verilib. Yerdə qalan hissələrdə isə podratçı şirkətlər yol çəkilişini davam etdirirlər.

Səhiyyə müəssisələrinin yenidən qurulması, yeni tibb müəssisələrinin, müalicə-diaqnostika mərkəzlərinin, həmçinin olimpiya-idman komplekslərinin tikintisi sahəsində işlər uğurla davam edir. 2009-cu il ərzində ölkə ictimaiyyəti bu sahədə görülən işlərin real nəticələrinin şahidi olacaq.

Azərbaycanda qlobal maliyyə iqtisadi böhrana qarşı qabaqlayıcı tədbirlərlin həyata keçirilməsi nəticəsində əvvəlcədən nəzərdə tutulmuş infrastruktur sosial layihələrin maneəsiz həyata keçirilməsi ölkəmizin artan iqtisadi gücündən maliyyə imkanlarından xəbər verir.

 

 

Rəşad Cəfərli

 

Azərbaycan.-2009.-12 aprel.-S.2.