Qarabağ müharibəsi
əlilləri, veteranları
və şəhid ailələri dövlət
qayğısından razıdırlar
Ermənistanın respublikamıza qarşı
apardığı müharibə
yalnız ərazilərimizin
20 faiz işğalı
ilə deyil, eyni zamanda minlərlə
döyüşçümüzün şəhidlik zirvəsinə
ucalması, ağır
savaşda fiziki qabiliyyətini itirərək
əlil olması ilə nəticələndi. Torpağımızın bütövlüyü uğrunda
gedən döyüşlərdə
şəhid olanların
ailələrinə, fiziki
qabiliyyətini itirmiş
vətəndaşlara diqqət,
onların problemlərinin
həll edilməsi ümdə vəzifələrdəndir.
Müharibə şəraitində olmağımıza baxmayaraq,
dövlət Qarabağ
veteranlarına, əlillərinə
daim diqqət və qayğı göstərir, problemlərinin
həlli ilə məşğul olur.
Ölkəmizin bütün regionlarında
müharibə iştirakçılarına
dövlət hesabına
mənzillər, torpaq
sahələri, fərdi
yaşayış evləri
verilmişdir.
Qarabağ Müharibəsi
Əlilləri, Veteranları
və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev qarşıdan gələn
illərdə əlillər
üçün tikilən
fərdi yaşayış
evlərinin sayının
daha da artacağını,
müharibə iştirakçılarına
qayğının çoxalacağına
əmin olduğunu söylədi: "Şəhərlərdə
veteranların təminatı
normal vəziyyətdədir, problemlərin, demək olar ki, həlli
başa çatıb.
Lakin bəzi rayon və kəndlərdə evlər az
tikildiyindən əlil
və veteranların mənzil təminatında
çətinliklər mövcuddur.
Ölkədə gedən inkişaf
bu problemin də tezliklə həll olunacağından
xəbər verir.
Əlillərə dövlət tərəfindən
2000-dən artıq "
M.Mehdiyev təşkilat
tərəfindən keçmiş
döyüşçülərin problemləri ilə əlaqədar müvafiq orqanlar qarşısında
məsələ qaldırıldığını
dedi: "Milli Məclisə bu məsələ ilə bağlı bir neçə mühüm qanunun qəbul edilməsi üçün
təkliflərimizi təqdim
etmişik. Təkliflər arasında müharibə
əlilləri övladlarının
pulsuz təhsil almaları xüsusi yer tutur. Ona görə ki, əlillərin səhhətlərindəki
problemlər onlara tam fiziki qabiliyyətlə işləməyə və
buna əsasən də yüksək əməkhaqqı almağa
imkan vermir. Bu isə həmin ailələrin ali
məktəblərdə oxuyan
övladlarının təhsil
haqqını ödəmələrində
çətinliklər yaradır.
Təkliflərimiz arasında 20 Yanvar
şəhidlərinin ailələrinə
ödənilən məbləğin
Qarabağ əlillərinə
verilən prezident təqaüdü məbləğinə
bərabər tutulması
məsələsi də
var. Hesab edirik ki, müharibə veteranlarının təqaüdləri
arasındakı fərq
də aradan qaldırılmalıdır".
Mehdi Mehdiyev qeyd etdi ki,
onları ən çox narahat edən məsələ müharibə iştirakçılarının
səhiyyə xidmətində
üzləşdikləri problemlərdir:
"Bu istiqamətdə mühüm
irəliləyişlər mövcud
olsa da, əlillərin səhhətindəki
çətinliklər onlara
daha ciddi qayğını diktə
edir. Qanunvericiliyə görə, əlil
pulsuz müalicə almalıdır. Yerlərdə həkimlər onları pulsuz müayinə edir, lakin müalicə
üçün tələb
olunan vəsaiti əlillər öz hesablarına ödəməlidirlər.
Bu isə mümkün
deyil. Çünki əlillik təqaüdü
bir aylıq müalicə kursunun xərclərini ödəmir.
Halbuki xəstəxanalara təsdiq
olunmuş siyahılar
üzrə pulsuz dərman preparatları verilməlidir. Hesab edirik
ki, müharibə iştirakçılarının pulsuz dərman preparatları ilə təmin edilməsi məsələsi müvafiq
dövlət strukturlarının
diqqət mərkəzində
olmalıdır".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən yaradılmış
birgə komissiya əlilləri siyahıya alaraq onların ölkə daxilində və ya xaricdə
müalicə olunmasını
müəyyənləşdirir. Lakin əlillərin
xaricdə müalicə
edilməsində problemlər
mövcuddur. Belə ki,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəqliyyat xərclərini
ödəsə də,
müalicə xərclərinin
təminatında çətinliklər
ortaya çıxır.
Səhiyyə Nazirliyi ictimai
birliyin bununla bağlı müraciətlərinə
indiyə qədər
nə müsbət, nə də mənfi cavab verib.
Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri
İctimai Birliyinin sədri M.Mehdiyev əlillərin və veteranların qarşılaşdıqları
problemlərin həlli
istiqamətində görülən
işlərdən razı
olduqlarını deyərək
daim artan dövlət qayğısı
nəticəsində keçmiş
döyüşçülərin bütün problemlərinin
yaxın illərdə
həll ediləcəyini
söylədi. O, qeyd etdi ki, dövlət
səviyyəsində həyata
keçirilən tədbirlər
bu kontingentin həyat səviyyəsinin
daha da yaxşılaşmasına,
təminatının ödənilməsinə
şərait yaradır.
Əlil və veteranların dövlət qayğısı
şəraitində yaşadığı
dövrdə keçmiş
döyüşçülərə ən böyük sevinc və hədiyyə Prezident İlham Əliyevin onlar üçün prezident təqaüdü təsis etməsi olub. Ötən ilin 1 sentyabrından
qüvvədə olan
qanuna əsasən, birinci qrup Qarabağ
müharibəsi əlili
doxsan, ikinci qrup yetmiş, üçüncü qrup
əlil isə əlli manat təqaüd alır.
Eyni zamanda, ləğv edilmiş kommunal güzəştlər müqabilində
kompensasiya ödənilməsi
keçmiş döyüşçülərə
yüksək dövlət
qayğısının əyani
göstəricisidir.
Anar Rasimoğlu
Azərbaycan.-2009.-12 aprel.-S.2.