Prezidentlər İlham Əliyev və Viktor
Yuşşenko 1919-1920-ci illərdə
Ukraynanın Azərbaycandakı
xüsusi diplomatik missiyasının yerləşdiyi
binada xatirə lövhəsinin açılışında
iştirak etmişlər
Bakıda 1919-1920-ci illərdə
Ukrayna Xalq Respublikasının Azərbaycan Xalq Cümhuriyyətindəki
xüsusi diplomatik missiyasının yerləşdiyi binada –
İstiqlaliyyət küçəsi, 31 ünvanında xatirə
lövhəsinin açılışı olmuşdur.
Azərbaycan Prezidenti
İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yuşşenko mərasimdə
iştirak etmişdir.
Dövlət
başçısı ali qonağa şəhərin bu hissəsində
yerləşən binalar, o cümlədən Bakı Şəhəri
İcra Hakimiyyətinin binası, metronun “İçərişəhər”
stansiyası, habelə qala divarları haqqında məlumat
verdi.
Prezidentlər Ukrayna heykəltəraşı
İqor Qreçanikin müəllifi olduğu və üzərində
Azərbaycan və Ukrayna dillərində “1919-1920-ci illərdə
bu binada Ukrayna Xalq Respublikasının Azərbaycan Xalq
Cümhuriyyətindəki xüsusi diplomatik missiyası yerləşmişdir”
sözləri yazılmış lövhənin üstündən
örtüyü götürdülər.
Azərbaycan.-2009.-11 aprel.-S.2.