Azərbaycan xalçalarının nümunələri zəngin təəssürat doğurmuşdur

 

Ukrayna Prezidenti Viktor Yuşşenko xanımı Katerina Yuşşenko aprelin 10-da "Azər-İlmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehrli ilmələr" qalereyasında olmuşlar.

Ali qonağa xanımına məlumat verildi ki, xalçaçılıq Azərbaycanın ən qədim el sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfıyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar vermiş, Şirvan, Təbriz, Qarabağ, Qazax, Gəncə, Quba xalçalarının Böyük İpək yolu üstündəki bütün ölkələrdə məşhur olduğunu bildirmişlər. Azərbaycanın xalı xalçaları indi dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyətə başlamış, hazırda 350 nəfərin çalışdığı "Azər-İlmə"nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya Rusiyada keçirilən satış sərgilərində xüsusi mükafatlara sertifikatlara layiq görülmüşdür.

Müəssisədə yun ipək saplardan toxunan, ilmələrin incəliyi yüksək sıxlığı, tərtibatın originallığı, milli koloriti ilə seçilən xalçalar bütün beynəlxalq standartlara cavab verir. Sapla boyamaq üçün ancaq təbii rənglərdən istifadə edilir, eskizlər yalnız milli naxış çeşnilərdən götürülür. İşlədilən bütün xammal yerli məhsullardır.

Ali qonaq xanımı qalereyanın zəngin eksponatlarına baxdı, boyama, toxuma prosesini maraqla izlədilər, xalçaçı qızlarla səmimi söhbət etdilər.

Ukraynanın birinci xanımı toxucuların köməyi ilə hanada toxunan original kompozisiyalı xalçaya bir neçə ilmə də vurdu.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-11 aprel.-S.3.