Əmrinə müntəzirik,
Ali Baş Komandanım!
Ömrün iki əsrini
Dərdlə bitirmişik biz.
Neçə-neçə ölkəlik
Torpaq itirmişik biz.
Ömründə bircə
kərə
Əl atmadıq yarağa.
Keçdi yad caynağına
Təbriz, Mərənd,
Marağa.
Borçalısız, Dərbəndsiz
Qəlbim para-paradır.
Zəngəzur ürəyimdə
Sağalmaz bir yaradır.
Nə qərbim
var, nə şərqim,
Cənubum da yox artıq.
Boğazıma dirənib
Qəzəb adlı ox artıq.
Ərşə qalxıb
heyrətim,
Yad təpiyi
altdadır
Bu gün
Laçın namusum,
Bu gün
Qarabağ ürəyimdə
Ulu Zərdüşt odumdur.
Şərəf sertifikatım,
Milli qürur kodumdur.
Əldəki beş-on
qarış
Torpağı da itirib,
Ömrümü Xankəndisiz,
Ağdamsız, Kəlbəcərsiz,
Füzulisiz bitirib
Gülüş hədəfi
olmaq
İstəmirəm, əzizim.
İçim tam olsa belə,
Çölüm bölüm-bölümdür.
Neçə irqçi
millətin
Mayalar toplumundan
Doğulmuş bir tayfaya
Şikar olmaq ölümdür.
Yalan vədlər
içində,
Xaçlı sədlər
içində
Yol gedirik nə vaxtdır.
Gözləməklə kar aşmaz,
Torpağı işğal
olmuş
Xalqa susmaq yaraşmaz.
Çölümə bir mesajdır,
İçimdən gələn
sözüm:
Xalqın özü-özünə
İnamsızlıqdır dözüm.
Yoxdur ehtiyacımız
Hər əcnəbi dayağa.
Əmr et, qalxaq ayağa,
Ali Baş
Komandanım!
* * *
Nifrət də bir toxumdur,
Qəzəb də bir toxumdur -
Vətən itirənlərin
Qəlbində əkən
gərək,
Beynində əkən gərək.
Xalq özü
də tətikdə
Dayanmış bir mərmidir -
Tətiyi çəkən gərək.
Ocaq söndürülübsə,
Əvvəl ocaq sahibi
Közü qaytarmalıdır.
Torpaq əldən
gedibsə,
Onu torpaq sahibi
Özü qaytarmalıdır.
Biz yetişmiş
buğdayıq,
Qoy yadelli sanmasın
Əzilmiş saman bizi.
Qisas, intiqam üstə
Kökləyib zaman bizi.
Yurdum kişi məkanı,
Yurdum kişilik özü.
Bəlkə elə bununçün
Bütün dillərdə
yalnız
Tək kişi cinsindədir
"Azərbaycanım" sözü.
Biz oğuzlar
nəsliyik,
Hünər, qeyrət fəsliyik.
Cəsarətin, mərdliyin
Surəti yox, əsliyik -
Qoy bilsin cahan bunu.
Bir dünyaya
sığışmaz
Mənim dərdim, zillətim.
Sənin bircə
əmrinə
Müntəzirdir millətim.
Əmr et, qalxaq ayağa,
Ali Baş
Komandanım!
* * *
Nə qədər
ki qalxmayıb
Hökmdarlıq taxtına
Vicdan, namus, ar hələ;
Nə qədər
ki cahanda
İşğal olunana yox,
İşğalçıya köməyə
Tələsənlər var hələ;
Nə qədər
ki müsəlman
Həmrəylikdən güc almır,
BMT-dən,
ATƏT-dən
Bir türk
səsi ucalmır,
Dözüb gözləmək
yetər,
Dözüm ölümdən betər.
Gərək haqq sarayını
Adi sözlərdən
deyil,
Saf əməldən hörəsən.
Hayastan xaçpərəst
yox,
Bir müsəlman
dövləti
Olsa idi, görəsən,
Keşiyində bu qədər
Ölkə dayanardımı?
Dərdi söndürmək
gərək,
Onu közləmək olmaz.
İkili standartlar
Cığırıyla yol gedən
İkisifətlilərdən
İmdad gözləmək olmaz.
Xocalı 60 milyon
İnsanın fəryad səsi.
O, iyirminci
əsrin,
Bəlkə də iyirmi əsr
Sağala bilməyəcək
Bəşəri faciəsi.
Orda torpaq ağlayır,
Orda ömür biçində.
Burdasa nərd
atırlar
Külüngsüz Fərhadlarım,
Qılıncsız Babəklərim
Çayxanalar içində.
Ermənilər "Qarabağ
Bizimkidir" deyirlər.
Yandıracaq göy məni,
Qovuracaq yer məni.
Bu dünyada
bir nəfər
Qarabağlı erməni
Tapmaq olarmı,
görən,
Zəngulə ilmələrlə
Bir "Heyratı",
bir "Şahnaz",
Bir "Şur" toxuya bilsin.
Mənim Cabbarım
kimi,
Seyidim, Xanım
kimi
Muğam oxuya bilsin?
Bu gün
özəl dərdimiz
Dağlıq Qarabağ
adlı
Problemin həllidir.
Problem düyün
düşüb -
Bu, hamıya bəllidir.
Qarşını bulud kəsib,
Günəş nur saça bilmir.
Bir dövlətin
saldığı
Bu düyünü
yüz dövlət
Əlləşir, aça bilmir.
Onu sən açmalısan,
Onu mən açmalıyam,
Onu biz açmalıyıq.
Bu gün
Əzrail belə
Döysə ömür
qapımı,
Mənim qəzəb
atəşim,
Mənim əsəb
atəşim,
İnan, sönməyənədək,
Müqəddəs torpaqlarım
Geri dönməyənədək
Onun namərd üzünə
Qapı açan deyiləm.
Qaçqın yox, qaçırdılan,
Köçkün yox, köçürdülən
Bir milyon didərginin
Göz yaşını
siləsi,
Bütün Daşnaqstanı
Öz qəzəb
tonqalında
Qovum-qovum qovurub
Kül eyləyə
biləsi
Bir ordu yaratmısan:
Qüdrətli, məğrur,
mətin,
Ondan qurtulmaq
çətin -
Qoy bilsin cahan bunu.
Budur mənim
son sözüm,
Millətin ürəyində
Daha qalmayıb dözüm.
Əmr et, millət atası,
Əmr et, qalxaq ayağa,
Ali Baş
Komandanım!
Zeynal VƏFA
Azərbaycan.-2009.12 aprel.-S.3.