Azərbaycan Prezidenti İlham Əliyev bp -Azərbaycan şirkətinin prezidenti Bill Şrederin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 13-də bp-Azərbaycan şirkətinin prezidenti Bill Şrederin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

bp-nin yüzillik yubileyi münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev bu tarixi günü təkcə bp-nin həyatında deyil, bütövlükdə neft sənayesinin tarixində əlamətdar gün kimi dəyərləndirdi. Dövlətimizin başçısı bildirdi ki, ötən dövr ərzində bp dünyanın aparıcı şirkətlərindən birinə çevrilmiş özünü səriştəli şirkət kimi göstərmişdir. Azərbaycanın bp şirkəti ilə on beş illik uğurlu əməkdaşlığına toxunan Prezident İlham Əliyev qarşılıqlı fayda verən bu tərəfdaşlığın, ümumilikdə Xəzər regionunda əməkdaşlıq üçün geniş imkanlar açdığını dedi. Dövlətimizin başçısı Azərbaycanın bp şirkəti ilə əməkdaşlığını dünyanın nüfuzlu şirkəti ilə dövlət arasında əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirdi.

Prezident dedi ki, zəngin təbii ehtiyatlara malik olan Azərbaycan yalnız müstəqillik əldə etdikdən sonra öz sərvətlərinin sahibi kimi bu sərvətləri xalqımızın ölkəmizin rifahı istiqamətinə yönəldə bildi, ölkəmiz regionda eləcə dünyada enerji sahəsində əməkdaşlığa öz töhfəsini verdi. Dövlətimizin başçısı neft gəlirlərindən səmərəli istifadə etməklə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə nail olunduğunu regionlarda mühüm infrastruktur layihələrinin reallaşdırıldığını vurğuladı. Ölkəmizdə bütün sahələrdə uğurlu islahatların həyata keçirildiyini xatırladan Prezident İlham Əliyev bu islahatların 1994-cü ilin sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" ilə başlandığını bildirdi. Yubiley münasibətilə bir daha təbriklərini çatdıran Prezident İlham Əliyev Azərbaycanın dövlət strukturları şirkətləri ilə bp arasında olan yaxşı tərəfdaşlıq ruhunun gələcəkdə qarşılıqlı maraqlara xidmət edəcəyinə əminliyini söylədi.

Bill Şreder bp-nin yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərindən məmnun olduqlarını dedi. O, Azərbaycanın neft sənayesinin böyük tarixinin olduğunu, ölkəmizin bu sahədə son 15 ildə mühüm nailiyyətlər qazandığını bp şirkətinin bu inkişafda payı olmasından böyük şərəf duyduqlarını qeyd etdi. Bill Şreder bildirdi ki, Azərbaycan bp şirkəti ilə əməkdaşlıq edən elə ölkələrdəndir ki, şirkətin icraçı direktoru Toni Heyvard icraçı vitse-prezidenti Endryu İnqlis həmişə Azərbaycanı dünyada əsl uğur modeli kimi dəyərləndirmişlər. O, bp şirkətinin Azərbaycanla uğurlu əməkdaşlığının bundan sonra da davam edəcəyinə əminliyini bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 aprel.-S.1.