Polşa Respublikasının Prezidenti zati-aliləri cənab Lex Kaçinskiyə

 

Hörmətli cənab Prezident!

Kamen-Pomorski şəhərindəki sosial sığınacaqda baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, bütün Polşa xalqına şəxsən öz adımdan Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 aprel 2009-cu il

 

Azərbaycan.-2009.-14 aprel.-S.1.