Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Film Fondunun yeni binası ilə tanış olmuşdur

 

 Aprelin 13- Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Film Fondunun yeni binası ilə tanış olmuşdur.

Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva əvvəlcə binanın foyesində ulu öndər Heydər Əliyevin Azərbaycanda mədəniyyətin, o cümlədən kino sənətinin inkişafındakı xidmətlərini əks etdirən fotoguşəyə, habelə Dövlət Film Fondunun tikintisi ilə bağlı şəkillərə baxdılar.

Dövlətimizin başçısına məlumat verildi ki, ümumi sahəsi təxminən 6,6 min kvadratmetr olan binanın birinci mərtəbəsində texniki avadanlıqla təchiz edilmiş inzibati otaqlar, laboratoriya, 120 yerlik salon yardımçı otaqlar yerləşir. Bu mərtəbədə dünya kinosunun tarixini özündə əks etdirən kinokameralar, o cümlədən 1902-ci ilin istehsalı olan "Edisson" kinoproyektoru, 1910-cu ildə istehsal olunan "Debri" kinokamerası, habelə "Kaspi" qəzetinin Azərbaycan kinosunun tarixi baxımından qiymətli yazının dərc olunduğu nadir nüsxəsi sair nümayiş etdirilir.

Dövlət Film Fondunda, ümumilikdə 64 min 373 ədəd saxlanma vahidi, 10 mindən çox müxtəlif arxiv sənədləri, Azərbaycanda istehsal edilmiş filmlər saxlanılır. Burada xüsusi temperatur rejimi tətbiq olunur. Mənfi 5 dərəcədə qorunub saxlanan filmlərin təhlükəsizliyi diqqətdə saxlanılır. Fondda siqnalizasiya videomüşahidə sistemi qurulmuşdur. Ən qədim tarixi olan filmlərin qorunması məqsədi ilə xüsusi boks yaradılmışdır. Onların sayı təxminən 1000 ədəddir. Bundan əlavə, indiyə qədər Rusiya arxivlərində saxlanılan 30-a qədər Azərbaycan filminin nüsxələri Bakıya gətirilmiş onlar fondun arxivinə daxil edilmişdir.

Fondda kino tarixi ilə bağlı 12 mindən çox foto da qorunur. Fotoarxivə dünyanın müxtəlif yerlərində istehsal edilən filmlərin fotoşəkilləri daxil edilmişdir. Fondun əməkdaşları bu şəkilləri iki ilə yaxın müddətdə şəxsi arxivlərdən yığmışlar. Ötən əsrin 60- illərindən 90- illərin ortalarınadək istehsal edilən 3500 ekran əsərindən çıxarılan fotolar üzərində bərpa işləri aparılmışdır. Bu arxivə Avropa Amerikada istehsal edilən filmlərlə yanaşı, Baltikyanı ölkələrdə çəkilən filmlərin fotoşəkilləri daxil edilmişdir.

Prezident İlham Əliyev videomontaj bərpa otaqlarında yaradılmış şəraitlə tanış oldu.

Fondda 60 əməkdaş çalışır. Burada onların işinin daha səmərəli qurulması üçün yeni texnikalar alınmışdır.

Dövlət Film Fondunda görülən işlər Azərbaycan kinosu incilərinin daha mükəmməl etibarlı qorunmasına imkan verir. Burada kino tarixi ilə bağlı tədqiqatların aparılması üçün lazımi şərait vardır.

Yaxın gələcəkdə "Azərbaycanfilm"in binasında, çəkiliş pavilyonlarında da təmir yenidənqurma işlərinin aparılması, kinostudiyanın texniki avadanlıqla təchiz olunması planlaşdırılır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 aprel.-S.2.