AHİK Türkiyə-Ermənistan sərhədlərinin
açılmasına dair
məlumatlarla bağlı
Türkiyə həmkarlar
ittifaqları mərkəzlərinə
müraciət qəbul
etmişdir
Aprelin 13-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında
(AHİK) Türkiyə-Ermənistan sərhədlərinin açılması
barədə yayılan
məlumatlarla əlaqədar
yığıncaq keçirilmişdir.
Tədbirdə AHİK Türkiyə-Ermənistan sərhədlərinin
açılmasına dair
müzakirələrlə bağlı
Türkiyə Cümhuriyyəti
həmkarlar ittifaqları
mərkəzlərinə müraciət
qəbul etmişdir.
AHİK-nın
sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev
çıxış edərək demişdir ki, Türkiyənin
Ermənistanla sərhədlərinin açılması ilə
bağlı xəbərlər Azərbaycan ictimaiyyətini
narahat edir. Yalnız Ermənistanın işğal etdiyi Azərbaycan
əraziləri azad edildikdən sonra sərhədlərin
açılmasından söhbət gedə biləcəyini
vurğulayan S.Mehbalıyev bildirmişdir ki, biz Türkiyənin
bir sıra həmkarlar ittifaqları mərkəzlərinə
müraciət edirik. Onlar öz hökumətlərinə
təsir göstərsinlər və sərhədlərin
açılmasına imkan verməsinlər. Biz bu barədə müəyyən təşkilatlarla
da danışıqlar aparmışıq.
S.Mehbalıyev
xatırlatmışdır ki, Ermənistan təkcə Azərbaycana
deyil, Türkiyəyə qarşı da torpaq iddiası ilə
çıxış edir, qondarma "soyqırımı"
iddiasından əl çəkmir. Məhz buna görə
də, sərhədlərin açılması
separatçı erməni rejiminin güclənməsinə
xidmət edəcəkdir.
Mədəniyyət
İşçiləri Müstəqil Həmkarlar
İttifaqı Respublika Komitəsinın sədri Cəmilə
Səttarova, Azərbaycan Dövlət Dəmir Yolu Müstəqil
Həmkarlar İttifaqı Komitəsinın sədri Fəzail
Bağırov, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı
İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsinın sədri Etibar Əliyev və başqaları
Türkiyə-Ermənistan sərhədlərinin
açılmasının yolverilməz olduğunu demişlər.
AHİK-nın
Türkiyə Cümhuriyyəti həmkarlar ittifaqları mərkəzlərinə
müraciəti aşağıda dərc olunur.
Azərbaycan.-2009.-14 aprel.-S.2.