Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Türkiyə Cümhuriyyəti həmkarlar ittifaqları mərkəzlərinə müraciəti

 

Əziz türkiyəli bacı qardaşlar!

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması, diplomatik, iqtisadi ticarət əlaqələrinin qurulması ilə bağlı prinsipial razılığın əldə olunduğu barədə kütləvi informasiya vasitələrində yer alan, ölkələrimizin ictimai-siyasi dairələrində geniş müzakirə olunan xəbərlər bizi - həmkarlar ittifaqlarının 2 milyona yaxın üzvünü çox ciddi narahat edir. Türkiyə Cümhuriyyəti rəhbərliyinin bu məsələyə dair birmənalı qəti fikir bildirməməsi narahatlıq üçün ciddi əsaslar olduğunu göstərir.

Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olmaqla bərabər, ötən illər ərzində gənc dövlətimizin möhkəmlənməsi naminə iqtisadi, siyasi, humanitar digər sahələrdə böyük kömək göstərmişdir. Türkiyə Azərbaycan daim regional beynəlxalq səviyyələrdə eyni mövqedən çıxış etmiş, milli maraqlarımızı birgə qorumuş, qardaş xalqlarımız arasında əlaqələrin inkişaf etdirilməsinə xeyli qüvvə sərf etmişlər. Azərbaycan dövləti həmişə "Bir millət, iki dövlət" prinsipini rəhbər tutaraq qardaş Türkiyənin siyasi iqtisadi mənafelərinə həssaslıqla yanaşmış, bəzi qlobal güc mərkəzlərinin təzyiqlərinə müəyyən maddi itkilərə baxmayaraq, regionun ən iri enerji nəqliyyat layihələrinə onun yaxından cəlb edilməsinə nail olmuşdur.

Xatırlatmaq istərdik ki, vaxtilə Türkiyənin Ermənistanla sərhədlərini bağlamasına, bu ölkə ilə diplomatik münasibətlər yaratmaqdan imtina etməsinə Ermənistan dövlətinin erməni diasporunun Türkiyəyə qarşı "soyqırımı" ittihamları, təzminat tələbləri ərazi iddiaları, habelə Azərbaycan Respublikası ərazilərinin işğalı səbəb olmuşdur. 15 ildən çoxdur ki, Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini işğal altında saxlayır, 1 milyondan çox Azərbaycan türkünü doğma yurd-yuvasından didərgin salıb. Ermənistan antitürk fəaliyyətini dövlət siyasəti səviyyəsinə qaldırıb Türkiyəni parçalamaq istəyən qüvvələrə hər cür yardımlar edir. Unutmaq olmaz ki, regionumuzdakı münaqişələrin güc tətbiq etməklə həll edilməsinin mümkün olmadığı indiki şəraitdə Türkiyə-Ermənistan sərhədlərinin bağlı saxlanması bu ölkəyə qarşı yeganə məqbul təsir vasitəsidir. Sərhədlərin bağlanmasına səbəb olan amillərdən heç birinin aradan qalxmadığı, ermənilərin irəli sürdükləri iddiaların heç birindən geri çəkilmədiyi halda, Türkiyənin birtərəfli qaydada, etibarlı təminat olmadan güzəştə getməsi Azərbaycan cəmiyyətində haqlı olaraq etiraz doğurur. Şübhəsiz ki, bunun baş verəcəyi təqdirdə Ermənistan ağır iqtisadi durumunu düzəltmək üçün yeni imkanlar əldə edəcək, qazandığı "qələbə"dən ruhlanaraq Türkiyəyə qarşı iddialarını bir qədər artıracaq, Dağlıq Qarabağla bağlı danışıqlarda daha sərt mövqe tutacaqdır.

Beləliklə, Türkiyənin Ermənistanla sərhədlərin açılması diplomatik münasibətlərin yaradılmsı haqqında imzalayacağı saziş nəticə etibarilə təcavüzkarın sakitləşdirilməsi siyasəti kimi tarixə düşən II dünya müharibəsinin alovlanmasına gətirib çıxaran bədnam Münxen sövdələşməsinin təkrarından başqa bir şey olmayacaqdır.

Əziz bacı qardaşlar!

Türkiyə Azərbaycan xalqları etnik mənəvi əlamətlərinə görə doğma xalqlardır. Tarixin müxtəlif dövrlərində itkilərə məruz qalmağımıza, ayrı düşməyimizə baxmayaraq, bu doğmalığı qoruyub saxlamağa, ağır sınaqlardan keçərək müasir Türkiyə Cümhuriyyəti Azərbaycan Respublikası kimi dövlətlərimizi qurmağa nail ola bilmişik. Vəziyyət elə gətirmişdir ki, ən böyük sərvətimiz olan bu dövlətlərimiz eyni düşmən tərəfindən təhdid olunur. Bu çətin günlərdə vahid mövqedən çıxış etməsək, qanuni haqqımızı birgə qorumasaq itkilərimiz daha çox olacaq, dövlətçiliyimiz daha ciddi təhlükələrlə üzləşəcəkdir.

Türkiyə Cümhuriyyətinin qurucusu, ulu öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" kəlamı indi həmişəkindən daha çox aktualdır. Ümidvarıq ki, Türkiyənin çoxmilyonlu həmkarlar ittifaqları üzvləri bizim müraciətimizdə ifadə olunan narahatlığı anlayaraq, öz hökumətini ağır nəticələrə səbəb ola biləcək addımlardan çəkindirmək üçün əllərindən gələni əsirgəməyəcəklər.

 

 

Bakı, 13 aprel 2009-cu il

 

Azərbaycan.-2009.-14 aprel.-S.2.