Almaniyadakı Azərbaycan və türk diaspor təşkilatları
Türkiyə-Ermənistan
sərhədlərinin açılmasına
etiraz edirlər
Son günlər Türkiyə
ilə Ermənistan arasında sərhədlərin
açılması barədə
yayılan xəbərlər
Almaniyada yaşayan azərbaycanlıların, eləcə
də türk diaspor təşkilatlarının
nümayəndələrinin də ciddi narazılığına
səbəb olmuşdur.
Bununla əlaqədar
Almaniyada və digər Avropa ölkələrində fəaliyyət
göstərən türk
və Azərbaycan cəmiyyətləri adından
Türkiyə Prezidenti
Abdullah Gülə, Baş
nazir Rəcəb Tayyib Ərdoğana və parlamentin sədri Köksal Toptana müraciət göndərilmişdir.
Müraciətdə deyilir ki, Ermənistan
Türkiyəyə qarşı
ərazi iddiasında olmuşdur. Dağlıq Qarabağ münaqişəsinin
öz həllini tapmadığı, Azərbaycanın
ərazi bütövlüyü
bərpa olunmadığı
bir vaxtda qardaş ölkənin dəstəyindən məhrum
olmaq Azərbaycanın
mövqeyini daha da zəiflədəcək
və münaqişənin
ədalətli həllini
bir qədər də uzadacaqdır.
Türkiyə dövlətinə, siyasətçilərinə,
kütləvi informasiya
vasitələrinə, elm, incəsənət
xadimlərinə, bütün
türk xalqına müraciət edən soydaşlarımız, eləcə
də türk diaspor təşkilatlarının
nümayəndələri onları
bu məsələyə
laqeyd olmamağa və Ermənistanla sərhədlərin açılmasına
qarşı etiraz səslərini uçaltmağa
çağırırlar.
Müraciət bu sözlərlə bitir:
"Biz - Azərbaycan və
türk xalqları - Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin heç bir şərhə ehtiyacı
olmayan "Bir millət, iki dövlət" kəlamını
unutmamalıyıq".
AzərTAc
Azərbaycan.-2009.-14 aprel.-S.2.