Daxili İşlər Nazirliyi vətəndaşları sayıq olmağa, işbazların internetdəki fırıldaqlarına inanmamağa çağırır

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirmişlər ki, son dövrlər telekommunikasiya şəbəkələrindən istifadə edilməklə müxtəlif hüquqazidd əməllərin törədilməsi hallarının getdikcə çoxalması müşahidə olunur.

Əslində aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi daşıyan qanunvericiliyə görə dələduzluq sayılan belə hüquqazidd əməllərin törədilməsi üsullarından biri elektron əqdlərin bağlanması barədə internet şəbəkəsində qəsdən həqiqətə uyğun olmayan məlumatların yerləşdirilməsidir.

Əsas etibarilə ayrı-ayrı xarici dövlətlərin vətəndaşları tərəfindən internet saytlarında bahalı avtomobillərin, müxtəlif növ texnikanın, məişət əşyalarının s. alqı-satqısına, habelə işə düzəltmədə təhsilə göndərilmədə vasitəçiliyə dair elanlar yayılır. Elektron lotereya oyunlarında, mükafat fondu olan müsabiqələrdə böyük məbləğdə pul uduşunun olması, müvafiq mükafatın rəsmiləşdirilməsi üçün uduşun müəyyən hissəsinin təqdim olunan bank hesabına köçürülməsinin zəruriliyi kimi sadəlövh insanları aldatmağa hesablanmış məlumatlar daha geniş xarakter almaqdadır.

Təəssüf ki, respublikamızın vətəndaşları da kibermühitdə törədilən belə cinayətlərin qurbanına çevrilir, malların alqı-satqısı, xidmətlərin göstərilməsi ya işlərin görülməsi barədə internetdə gedən elanlara inanaraq onları hərtərəfli yoxlamadan külli miqdarda pullarını cinayətkarların bank hesablarına köçürür yalnız müəyyən müddətdən sonra aldandıqlarını başa düşüb kömək üçün rəsmi dövlət orqanlarına müraciət edirlər.

Məsələn, vətəndaş Akif Əliyev Daxili İşlər Nazirliyinə müraciətində bildirmişdir ki, 2007-ci ilin noyabrında Portuqaliyada yaşayan Antonio Pedro adlı şəxsə məxsus, internetdə satışa qoyulmuş 2004-cü il istehsalı olan "Range Rover" markalı avtomaşını almaq qərarına gələrək bu məqsədlə tələb olunan hesaba 14 min ABŞ dolları vəsait köçürmüş, lakin bugünə kimi avtomaşının, pulun aqibətindən heç bir xəbər çıxmamışdır.

Vətəndaş Cavid Abdullayev isə guya 2008-ci ildə "Microsoft" şirkətində 250 min funt sterlinq məbləğində uduş kampaniyasının qalibi olması barədə elektron poçt vasitəsilə londonlu Karlos Sandos adlı vəkildən məktub, eləcə Londondakı bankların birindən məbləğin onun hesabına köçürüləcəyi ilə bağlı zəmanət məktubu alsa da vəkil ilə anlaşma sənədləri əsasında onun hesabına 5 min 845 ABŞ dolları köçürsə , müəyyən olunmuş müddətdə sonralar uduş barədə heç bir məlumat almamışdır.

Bakının Müşfiqabad qəsəbəsinin sakini Babək İsmayılov da 2008-ci ilin aprel may aylarında Avstraliyada yerləşən şirkətlərin biri tərəfindən guya internet vasitəsilə keçirilən lotereya oyununda qalib olması barədə aldığı məktub əsasında sənədləşmə işləri üçün müvafiq bank hesabına 4 min ABŞ dolları məbləğində vəsait köçürmüşdür. Zərərçəkmişin müraciəti İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən araşdırılarkən Avstraliyada həmin adda şirkətin fəaliyyət göstərmədiyi bu hadisənin internet fırıldaqçılığı olması müəyyən edilmişdir.

Həmçinin vətəndaş Nizami Ələmşahovun internet saytlarının birində satışda olan kompüteri almaq məqsədi ilə köçürdüyü 1.200 ABŞ dolları, Xatirə Xakidanın isə mobil telefon almaq üçün köçürdüyü 370 ABŞ dolları da dələduzlar tərəfindən mənimsənilmişdir.

Araşdırmalar göstərir ki, dələduzların tələsinə düşən yüzlərlə vətəndaş bu buna bənzər üsulla törədilən müvafiq cinayətlərin qurbanı olmuşdur.

Daxili İşlər Nazirliyi vətəndaşları sayıq olmağa, işbazların şirnikləndirici təkliflərinə inanmamağa çağıraraq, eyni zamanda diqqətə çatdırır ki, elektron əqdlər bağlamazdan əvvəl qanunla müəyyən edilmiş bütün tədbirlər görülməli, o cümlədən "Elektron ticarət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satış, xidmət ya görmək təklif edən hüquqi şəxsin adı, dövlət qeydiyyatı, təşkilati-hüquqi forması, ünvanı ya fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, əlaqə məlumatları (telefon, faks, internet elektron poçt ünvanı), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi s. məlumatların mötəbərliyi mütləq qaydada yoxlanılmalı, şübhə doğuran hər bir halda pul köçürmələri həyata keçirilməməlidir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 aprel.-S.2.