Azərbaycan Prezidenti İlham Əliyev İsveçrənin Holsim Group şirkətinin idarə heyətinin sədri baş direktoru Markus Akermanı qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də İsveçrənin nüfuzlu Holsim Group şirkətinin idarə heyətinin sədri baş direktoru Markus Akermanı qəbul etmişdir.

Dövlətimizin başçısı dünyadakı maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf proseslərinin davam etdiyini, ölkəmizdə yeni yerlərinin açılması, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl tədbirlərin görüldüyünü bildirdi. Prezident İlham Əliyev xarici sərmayənin cəlb olunması xarici şirkətlərin fəaliyyəti üçün ölkəmizdə əlverişli şəraitin yaradıldığını dedi. Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayan dövlətimizin başçısı Holsim şirkəti ilə tərəfdaşlığın da böyük əhəmiyyət daşıdığını qeyd etdi bunun Azərbaycan-İsveçrə iqtisadi əlaqələrinin genişlənməsinə töhfə verəcəyinə əminliyini söylədi.

Dünyanın 70-dən çox ölkəsində çalışdıqlarını xatırladan Holsim Group şirkətinin idarə heyətinin sədri baş direktoru Markus Akerman Azərbaycandakı fəaliyyətlərindən məmnunluğunu bildirdi. O dedi ki, Holsim Group şirkəti yeni texnologiyalar gətirmək, ətraf mühitin mühafizəsi işinə sərmayə qoymaq yüksək keyfiyyətli məhsul istehsal etməklə Azərbaycandakı sürətli inkişafı dəstəkləmək arzusundadır. Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu deyən Markus Akerman rəhbərlik etdiyi şirkətin ölkəmizdə gələcəkdə fəaliyyət göstərəcəyinə əminliyini bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-15 aprel.-S.1.