Əlcəzair Xalq Demokratik Respublikasının
Prezidenti zati-aliləri cənab Əbdüləziz Buteflikaya
Hörmətli cənab
Prezident!
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti
vəzifəsinə yenidən
seçilməyiniz münasibətilə
Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Əlcəzair arasında tarixən təşəkkül tapmış
dostluq ənənələrini
qoruyub yaşatmaq, əməkdaşlığımızı bütün sahələrdə
inkişaf etdirmək istiqamətində qarşılıqlı
səylərimizi bundan
sonra da ardıcıl şəkildə
davam etdirəcəyik.
Sizə möhkəm
cansağlığı, xoşbəxtlik,
dost Əlcəzair xalqının
rifahı naminə fəaliyyətinizdə uğurlar
diləyirəm.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 14 aprel 2009-cu il
Azərbaycan.-2009.-15 aprel.-S.1.