Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında

 

1. Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı yeni tərkibi təsdiq edilsin:

 

Komissiyanın həmsədri:

 

Şahin Mustafayev - Azərbaycan Respublikasının

iqtisadi inkişaf naziri

 

Komissiyanın üzvləri:

 

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər

nazirinin müavini

Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə

nazirinin müavini

Azər Bayramov - Azərbaycan Respublikası maliyyə

nazirinin müavini

Sahir Məmmədxanov - Azərbaycan Respublikası

vergilər nazirinin müavini

Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük

Komitəsi sədrinin birinci müavini

Avtandil Babayev - Azərbaycan Respublikası Mərkəzi Bankı

sədrinin müavini

Məmməd Sadiq Quliyev - Azərbaycan Meliorasiya Su

Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

sədrinin birinci müavini

Zaman Novruzov - Azərbaycan Respublikası "Azərsu" Açıq

Səhmdar Cəmiyyətinin vitse-prezidenti

Elçin Əmirbəyov - Azərbaycan Respublikasının İsveçrə

Konfederasiyasında fövqəladə

səlahiyyətli səfiri

2. "Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 14 aprel tarixli 1203 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 4, maddə 193; 2005-ci il, ¹ 10, maddə 968; 2007-ci il, ¹12, maddə 1284) 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə İsveçrə Federal Şurası tərəfinə müvafiq bildiriş göndərsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 aprel 2009-cu il

 

Azərbaycan.-2009.15 aprel.-S.1.