İ.Y.Muxtarovun Azərbaycan Respublikasının Meksika
Birləşmiş Ştatlarında
fövqəladə və
səlahiyyətli səfiri
təyin edilməsi haqqında
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini
rəhbər tutaraq qərara alıram:
İlqar Yusif oğlu Muxtarov Azərbaycan Respublikasının Meksika
Birləşmiş Ştatlarında
fövqəladə və
səlahiyyətli səfiri
təyin edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 aprel 2009-cu il
Azərbaycan.-2009.-15 aprel.-S.2.