İctimai Televiziya Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında

 

"İctimai televiziya radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 17.2-17.4-cü 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri seçilsinlər:

Namiq Məsim oğlu Məmmədov - namizədliyi Sahibkarlıq Şurası tərəfindən irəli sürülmüşdür;

Fuad Rauf oğlu Muradov - namizədliyi gənclər təşkilatları tərəfindən irəli sürülmüşdür;

Zərifə Teymur qızı Salahova - namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüşdür.

 

 

O.Əsədov,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 14 aprel 2009-cu il

 

Azərbaycan.-2009.-15 aprel.-S.2.