Azərbaycan dövləti
Xəzərin ekoloji problemlərinin həllini öz siyasətinin prioritet istiqamətlərindən
biri hesab edir
Azərbaycan Respublikasının
qoşulduğu beynəlxalq
konvensiyalara uyğun olaraq Dövlət Dəniz Administrasiyasının
Beynəlxalq Dəniz Təşkilatı ilə
birgə keçirdiyi
seminarda bu qurumların ekspertləri ilə yanaşı Xəzəryanı ölkələrin
- Qazaxıstan, Türkmənistan,
İran İslam Respublikası və Rusiya Federasiyasının nümayəndələri də
iştirak etmişlər.
Əsas məqsədi
beynəlxalq dəniz daşımaları zamanı
ətraf mühitin mühafizəsi, gəmilər
tərəfindən dənizin
çirklənməsinin qarşısının
alınması və dəniz bioloji mühitinin qorunub saxlanması üzrə təcrübə mübadiləsinin
aparılması və
bu sahədəki mövcud hüquqi bazanın təkmilləşdirilməsi
olan seminara Azərbaycan Respublikası
Fövqəladə Hallar,
Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin,
Dövlət Xəzər
Dəniz Gəmiçiliyinin,
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Xəzər
Dəniz Neft Donanmasının və digər müvafiq qurumların nümayəndələri
də qatılmışdılar.
Dövlət Dəniz Administrasiyasının
rəisi Qüdrət
Qurbanov beynəlxalq
seminar iştirakçılarını salamlayaraq əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
və ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla
davam etdirilən iqtisadi islahatlar kontekstində dəniz nəqliyyatı sahəsində
son illər qazanılan
uğurlardan söz açmışdır. O diqqətə
çatdırmışdır ki, regionun lider
dövləti kimi qəbul edilən, beynəlxalq nüfuzu ilə seçilən Azərbaycan 1995-ci il mayın 15-dən Beynəlxalq Dəniz Təşkilatının üzvüdür.
Dövlət Dəniz Administrasiyasının
mütəxəssisləri Beynəlxalq Dəniz Təşkilatının bütün
regional seminar və kurslarında
respublikamızı layiqincə
təmsil edirlər.
Qüdrət Qurbanov bildirmişdir ki, gəmilərin dənizi çirkləndirməsi
ilə əlaqədar
meydana çıxan problemlərin həlli, eləcə də bu sahəyə nəzarətin həyata keçirilməsi üçün
normativ hüquqi bazanın yaradılması
zərurəti Dənizin
Çirkləndirilməsinin Qarşısının Alınmasına
dair Beynəlxalq Konvensiyanın qəbuluna stimul olmuşdur. Konvensiyanın mahiyyəti qlobal mənada çox genişdir. Bu mühüm sənəd dənizin çirkləndirilməsinin
qarşısının alınmasına
yönəlmiş beynəlxalq
nəzarəti və bu sahədə gələcəkdə görüləcək
tədbirləri ehtiva
etməklə dəniz
mühitinin qorunması
ilə əlaqədar
digər normativ hüquqi aktlarla yanaşı operativ və effektiv nəzarət və tənzimləmə fəaliyyətinə
çevrilmişdir. Məhz adıçəkilən
beynəlxalq konvensiyanın
xüsusiyyətləri və
onun nizamladığı
sahənin aktuallığı
nəzərə alınaraq
hazırkı seminarın
Beynəlxalq Dəniz Təşkilatı ilə
birlikdə keçirilməsi
qərara alınmışdır.
Bu da öz
növbəsində dəniz
nəqliyyatının və
ətraf mühitin təhlükəsizliyinin Liman
dövləti və Bayraq dövləti olaraq zəngin dənizçilik tarixinə
malik Azərbaycan üçün prioritet istiqamətlər olduğunun
əyani sübutudur.
Seminar iştirakçılarının
nəzərinə çatdırılmışdır
ki, müstəqillik dövründə dövlətimiz
tərəfindən Beynəlxalq
Dəniz Təşkilatının
ratifikasiya edilmiş
23 müxtəlif konvensiya
və protokolunun icrasına nəzarət ölkə başçısının
müvafiq sərəncamı
ilə təsdiq edilmiş Əsasnaməyə
uyğun olaraq dəniz nəqliyyatı sahəsində müvafiq icra hakimiyyəti orqanı olan Dövlət Dəniz Administrasiyasına həvalə
edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəqliyyat və rabitə şöbəsinin müdiri
Aydın Məmmədov
Xəzərin ekoloji problemləri ilə bağlı həyata keçirilən tədbirlərdən
danışmış, Dövlət
Dəniz Administrasiyasının
beynəlxalq qurumlarla əməkdaşlığının böyük faydalar verdiyini diqqətə çatdırmışdır.
Seminarda çıxış
edən Beynəlxalq Dəniz Təşkilatının
eksperti Jose Matheicikan, Xəzəryanı ölkələrin
nümayəndə heyətlərinin
rəhbərləri bu
mühüm tədbirin
Azərbaycanda keçirilməsinin
əhəmiyyətini vurğulamış,
qarşıda duran təxirəsalınmaz vəzifələrdən,
qarşılıqlı əməkdaşlığın
daha da genişləndirilməsi
zəruriyyətindən söz
açmışlar.
Beynəlxalq seminar aprelin 17-dək davam edəcək. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaqdır.
Akif Cabbarlı
Azərbaycan.-2009.-15 aprel.-S.5.