Azərbaycan NATO-nun bölgədə əsas ümid yerinə çevrilir
Azərbaycanı dünyanın
diqqət mərkəzinə
çəkən məqamlar
sırasında ölkəmizin
geosiyasi və strateji mövqeyi, zəngin enerji ehtiyatları, ən yüksək templə müşayiət olunan iqtisadi və sosial inkişaf, həmçinin bu qəbildən olan digər amillər mühüm yer tutur. Lakin Azərbaycan
təkcə sadalanlarla
dünya üçün
zəruri əhəmiyyət
kəsb etmir. Bir çox digər sahələrdə
də Azərbaycan vacib əhəmiyyətə
malik dövlət sırasında yer alır ki, onlardan
biri də terrorçuluqla mübarizədir.
Təsadüfi deyil ki, hazırda Azərbaycan beynəlxalq antiterror koalisiyasının
ən fəal üzvlərindən biridir.
Erməni terrorundan
əziyyət çəkən
Azərbaycanın bu problemə qarşı fəal mübarizə aparmasını və beynəlxalq birliyə göstərdiyi yardımları
nəzərə alan
NATO isə indi ölkəmizlə qeyd olunan sahədə işbirliyinin miqyasını
daha da genişləndirmək
niyyətindədir. Hazırda
bu məqam özünü daha çox Azərbaycan vasitəsilə Əfqanıstana
NATO-nun qeyri-hərbi yüklərinin
çatdırılmasında göstərir.
Əslində bu məsələ cari ilin fevral ayında
Qırğızıstan hökumətinin
ərazisindəki "Manas"
hərbi bazasını
bağlamasından sonra
daha aktual şəkildə gündəmə
gəlib. Artıq fevralın 20-də Qırğızıstan
hökuməti ölkədəki
Amerika hərbçilərinə
180 gün ərzində
"Manas" hərbi
bazasını tərk
etmələri üçün
rəsmi xəbərdarlıq
göndərib. Bunun ardınca Qırğızıstan
sözügedən hərbi
bazasından istifadə
etməklə bağlı
ABŞ-la yanaşı, digər
NATO ölkələrilə də müqavilələrini
ləğv edib. Qırğızıstan parlamentində
bununla əlaqədar qəbul edilmiş qanuna görə, NATO ölkələri və Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya kimi Əfqanıstanda
əməliyyatları dəstəkləyən
digər ölkələrə
də "Manas" hərbi bazasından istifadə qadağan edilib. Bu isə Əfqanıstanda olan koalisiya qüvvələrinin
işini xeyli çətinləşdirib. Çünki
Əfqanıstana koalisiya
qüvvələri üçün
lazımi yüklərin
və əsgəri qüvvələrin daşınmasında
"Manas" hərbi
bazası mühüm
rol oynayırdı.
Hadisələrin belə
səpkidə inkişafından
narahat olan NATO qüvvələri Əfqanıstana
yükdaşımalar üçün
yeni marşrutları nəzərdən keçirməyə
başladı ki, bu istiqamətdə ən əlverişli ərazilərdən biri kimi Azərbaycan daha çox diqqəti cəlb etdi. Bunun əsas
səbəblərindən biri
də Azərbaycan vasitəsilə yükdaşımaların
təhlükəsiz olmasıdır.
NATO rəsmiləri də
etiraf edirlər ki, Əfqanıstana yükdaşımalarda istifadə
edilən Pakistandakı
Xeybər aşırımı
o qədər də etibarlı deyil və Əfqanıstana gedən maşın karvanları orada getdikcə daha çox Taliban yaraqlılarının
hücumuna məruz qalır. Həmçinin Rusiya ərazisi ilə də Amerika və onun NATO-dakı müttəfiqlərinin Əfqanıstana
böyük miqdarda yük daşınmasına
perspektivdə hər hansı məhdudiyyətlər
qoyula biləcəyindən
ehtiyatlanırlar. Bütün
bunlar Əfqanıstana
qeyri-hərbi yüklərin
daşınmasında ən
etibarlı tərəfdaş
kimi Azərbaycanın
NATO üçün əhəmiyyətini
daha da artırır.
Ölkəmizin Əfqanıstanda
mövcud koalisiya qüvvələrinin təchizatı
baxımından vacib rol oynaya biləcəyini
nəzərə alan
NATO-nun bir sıra təmsilçilərinin iştirakı
ilə ötən ay Bakıda ikigünlük xüsusi konfrans da keçirilib. Konfransda Türkiyə, Gürcüstan və Azərbaycandan olan nəqliyyat sahəsi üzrə aparıcı mütəxəssislər ABŞ, NATO və digər tərəfdaş ölkələrin
Əfqanıstanda əməliyyat
aparan hərbi qüvvələrinə təchizatın
asanlaşdırılması məsələlərini müzakirə
ediblər. Konfransı
ABŞ-ın Avropa Komandanlığı (EUCOM) təşkil
edib. Tədbirə Türkiyədən, Azərbaycandan
və Gürcüstandan
hökumət rəsmiləri,
özəl şirkətlərin,
həmçinin ABŞ Ordu
Qüvvələrinin Yerüstü
Yerləşdirilmə Mərkəzinin,
ABŞ Nəqliyyat Komandanlığının,
Pentaqonun Müdafiə
Təminatı və Təchizatı üzrə
Agentliyinin, ABŞ-ın
Avropa Komandanlığının
və ABŞ Müdafiə
Departamenti üçün
təminatla məşğul
olan digər qurumların nümayəndələri
qatılıb.
Həmin vaxt konfransa qiymət verən ABŞ-ın ölkəmizdəki səfirliyinin
nümayəndəsi Terri Devidson
bildirib ki, Əfqanıstan ABŞ və
NATO üçün prioritet
bölgə sayılır:
"Biz Azərbaycanı Əfqanıstanda
sülh və inkişafın bərqərar
olmasında etibarlı
tərəfdaş kimi
görürük. Azərbaycan
uzun illər Şərqlə Qərbi birləşdirən körpü
rolunu oynayıb, Şərqdən Qərbə
və əks istiqamətdə yüklərin
daşınmasında müstəsna
rola malikdir. Buna görə də belə bir konfransın
Azərbaycanda keçirilməsi
təbiidir".
NATO-ya məxsus yüklər Azərbaycan ərazisindən
Əfqanıstana TRASEKA dəhlizi
ilə hərəkət
edəcək və əsas etibarı ilə Poti-Bakı-Aktau konteyner qatarı ilə daşınacaq. Xatırladaq ki, Poti-Bakı-Aktau konteyner qatarı layihəsi ilk dəfə 2005-ci ildə gündəmə gəlib,
2006-cı ilin əvvəlində
isə layihə üzrə ilk konteyner qatarı Avropadan Qara dəniz vasitəsi ilə Gürcüstanın Poti limanına, buradan dəmir yolu vasitəsi ilə Bakıya, Bakıdan isə bərələr vasitəsi ilə Aktau limanına (Qazaxıstan) yola salınıb. İndi NATO
yükləri Qazaxıstana
çatdırıldıqdan sonra buradan Özbəkistan
ərazisi vasitəsilə
Əfqanıstana ötürüləcəkdir.
Əfqanıstana qeyri-hərbi
yüklərin daşınması
əsasən özəl
şirkətlər tərəfindən
həyata keçirilir
və Qafqaz vasitəsilə yüklərin
daşınmasına hərbi
personal cəlb olunmur.
Digər tərəfdən
bu, Azərbaycana iqtisadi cəhətdən də olduqca sərfəlidir. Belə ki, Əfqanıstanda olan koalisiya qüvvələri üçün
daşınan qeyri-hərbi
yüklərin bir çoxu məhz Azərbaycan istehsalı olacaqdır. Yəni bu məsələ yerli iqtisadiyyata fayda verəcək və Azərbaycanın regionun nəqliyyat mərkəzi kimi inkişafını bir qədər də sürətləndirəcəkdir.
Azərbaycan Əfqanıstanla
bağlı NATO qüvvələrilə
əməkdaşlığını təkcə yükdaşımalarla
məhdudlaşdırmır. Belə ki, Azərbaycan
hökuməti Əfqanıstana
yardımların göstərilməsinə
dair artıq müvafiq proqramı nəzərdən keçirir.
Həmin proqramda Əfqanıstan hökumətinin
təklifləri də
nəzərə alınıb.
Proqramda həm mülki, həm də hərbi yardımların olması
məsələsinin öz
əksini tapacağı
gözlənir.
Bununla yanaşı Əfqanıstan
hökumətinin müraciəti əsasında Azərbaycanın
ali hərbi təhsil müəssisələrində əfqan
zabitlərinin hazırlanmasının həyata keçiriləcəyi,
Azərbaycanın Əfqanıstanın sərhəd qüvvələrinə
yardımlar göstərəcəyi bildirilir. Eləcə də
Azərbaycan mütəxəssisləri əfqan sərhədçilərinə
qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi
ilə mübarizə, sərhəd-nəzarət
buraxılış məntəqələrində nəzarət
tədbirlərinin gücləndirilməsi və başqa sahələrdə
təlim və treninqlər keçəcəklər. Azərbaycan
Əfqanıstana ölkə iqtisadiyyatının yenidən
qurulması məqsədilə maddi və texniki kömək
göstərməyi də planlaşdırır.
Azərbaycan hərbçiləri
həm də Əfqanıstanda sabitliyin təmin olunmasında
yaxından iştirak edirlər. Cari ilin fevralına qədər
Azərbaycan Silahlı Qüvvələrinin 2 taqımı (47
nəfər) Türkiyə Silahlı Qüvvələri
taborunun tərkibində və NATO strukturlarının
ümumi komandanlığı altında Əfqanıstanda Beynəlxalq
Təhlükəsizliyə Yardım Qüvvələrinin
strukturunda xidmət edib. Milli Məclis isə 2008-ci il
oktyabrın 2-də Azərbaycanın Əfqanıstandakı
sülhməramlılarının sayının daha 45 nəfər
artırılması barədə qərar qəbul edib. Qərara
uyğun olaraq fevralın sonlarında Azərbaycanın 45 nəfərdən
ibarət iki taqımı Əfqanıstana yola salınıb. Bununla
da, Əfqanıstandakı Azərbaycan hərbçilərinin
ümumi sayı zabit heyəti ilə birlikdə 95 nəfərə
çatıb.
Əfqanıstanda olan hərbçilərimizin
yüksək xidmət göstərməsinin və bunun Azərbaycan
Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin
artmasının sübutu olduğunu isə NATO baş katibinin
Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi
nümayəndəsi Robert Simmons də təsdiq edib: "Azərbaycan
Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin
artırılması son 15 ildə əməkdaşlığımızın
əsas elementi olub. Azərbaycan bu sahədə əhəmiyyətli
irəliləyiş əldə edib və Azərbaycan hərbçilərinin
NATO-nun rəhbərliyi altında İSAF sıralarında Əfqanıstanda
uğurlu xidmət keçməsi bunun təsdiqidir".
Bütün bunlar həm Azərbaycanın
beynəlxalq terrora qarşı mübarizə aparan ən fəal
dövlətlərdən biri olduğunu təsdiqləyir, həm
də ölkəmizin NATO-da cəmləşən, eləcə
də digər Qərb dövlətləri üçün ən
etibarlı partnyorlardan biri olduğunu nümayiş etdirir.
Azərbaycan.-2009.-15 aprel.-S.5.