Samirə Mustafayeva Bratislavada
bürünc medal qazandı
Azərbaycan gimnastı Samirə Mustafayeva Slovakiyada keçirilmiş beynəlxalq
turnirdə bürünc
medal qazanıb.
Azərbaycan Gimnastika
Federasiyası mətbuat
xidmətindən aldığımız
məlumata görə,
o, lentlə hərəkətlərin
finalında 23.85 bal toplayaraq üçüncü
nəticəni göstərib.
Bratislavanın Mərkəzi idman
kompleksində Mustafayeva
fəxri kürsüyə
Digər final yarışlarında
- ip və topla hərəkətlərdə
Samirəni mükafatdan
bir neçə bal ayırıb və o, dördüncü
yeri tutub. Halqa ilə yarışlarda isə gimnastımız finalçıların səkkizliyini
qapayıb. Çoxnövçülüyə gəlincə, o, 92.275 xal toplayaraq 6-cı nəticəni göstərib.
Digər Azərbaycan gimnastı
Anna Qurbanova gələn
ay Bakıda start götürəcək
Avropa çempionatına
hazırlıq çərçivəsində
Kiyevdə keçirilmiş
Qran-pri seriyasından olan turnirdə mübarizə aparıb.
Mütləq birincilik
Annaya 96.85 bal və 8-ci yeri qazandırıb. Ən yüksək nəticəni
gimnastımız iplə
göstərib - o, 24.875 balla
6-cı olub.
Yarışların qalibi adını xalça sahibi Anna Bessonova qazanıb. O, gümüş
mükafatçı rusiyalı
Dariya Kondakovanı 5 xal geridə qoyub. İsrail nümayəndəsi İrina Risenzon 3-cü nəticəni göstərib.
Kiyev turnirinin ardınca Qurbanovanı Portuqaliyanın
Portimao şəhərində
aprelin 17-19-da Dünya
kuboku yarışları
gözləyir. Anna burada
xalça üzərinə
komanda yoldaşı Aliyə Qarayeva ilə çıxacaq.
Kubok yarışlarında ölkəmiz
böyüklərdən ibarət
qrup komandası ilə də təmsil olunacaq. Burada xalça üzərinə Vəfa Hüseynova, Dina Qorina, Anastasiya Prasolova, Valeriya Yeqay, Ceyla Quliyeva və Nigar Mirzəyeva
çıxacaqlar. Həmin
şəhərdə keçiriləcək
digər beynəlxalq turnirdə yeniyetmələrdən
ibarət milli komandamız - Səbinə
Abbasova, Nigar Əbdüsəlimova, Yevgeniya
Jidkova, Ayelita Xələfova, Kamilə Məmmədova və Lalə Məhərrəmova
qüvvəsini sınayacaq.
Azərbaycan.-2009.-15 aprel.-S.8.