Azərbaycan Prezidenti İlham Əliyev İraqın turizm tarixi abidələr naziri Kahtan Abbas Noman əl-Cuburi Alavadinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də İraqın turizm tarixi abidələr naziri Kahtan Abbas Noman əl-Cuburi Alavadinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycanın İraqla münasibətlərin inkişaf etdirilməsində fəal əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirdi. Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğuladı. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, İraqın turizm tarixi abidələr naziri Kahtan Abbas Noman əl-Cuburi Alavadinin başçılıq etdiyi nümayəndə heyətinin səfəri iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq imkanlarını nəzərdən keçirmək Azərbaycanla tanışlıq baxımından əhəmiyyətli olacaqdır.

İraqın turizm tarixi abidələr naziri Kahtan Abbas Noman əl-Cuburi Alavadi İraq Prezidenti Cəlal Tələbaninin Baş nazir Nuri əl-Malikinin salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkəmizə səfərindən məmnunluğunu bildirən qonaq İraqın çətin vaxtlarında Azərbaycan xalqının göstərdiyi dəstəyi minnətdarlıq hissi ilə xatırladı. Kahtan Abbas Noman əl-Cuburi Alavadi Azərbaycanın İraqın turizm tarixi abidələr sahəsində əməkdaşlığını müzakirə etmək üçün bu səfərin yaxşı imkan yaratdığını söylədi.

Dövlətimizin başçısı İraq Prezidenti Cəlal Tələbaninin Baş nazir Nuri əl-Malikinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İraqın Prezidentinə Baş nazirinə çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-16 aprel.-S.1.