Danimarkanın Kraliçası
Ülyahəzrət II Marqreteyə
Ülyahəzrət!
Ölkənizin Milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Ümidvaram ki, Azərbaycan-Danimarka münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edərək xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Danimarka xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 6 aprel 2009-cu il
Azərbaycan.-2009.-16 aprel.-S.1.