Azərbaycanın müdafiə
naziri İordaniya Haşimilər Krallığında
rəsmi səfərdə
olmuşdur
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər
ki, Azərbaycanın müdafiə naziri,
general-polkovnik Səfər
Əbiyev aprelin 13-dən
15-dək İordaniya Haşimilər
Krallığında rəsmi
səfərdə olmuşdur. O, Krallığın
Baş naziri, müdafiə naziri Nader Dəhabi ilə görüşmüşdür.
Görüşdə Azərbaycan-İordaniya əlaqələrinin
hazırkı vəziyyəti
və hər iki ölkənin dövlət başçılarının
qarşılıqlı münasibətlərə
xoş töhfələr
verməsi önə çəkilmişdir.
S.Əbiyev İordaniya Silahlı Qüvvələrinin Birləşmiş
Qərargah Rəisləri
Komitəsinin sədri,
general-polkovnik Xalid Cəmil Əl-Sarayrah ilə də görüşmüşdür.
İordaniya Birləşmiş Qərargah
Rəisləri Komitəsi
sədrinin dəvəti
ilə baş tutan bu səfər
zamanı hərbi əməkdaşlıq və
regional təhlükəsizlik məsələləri müzakirə
edilmişdir.
Nazir İordaniyanın
nümunəvi hərbi
hissələri ilə
AzərTAc
Azərbaycan.-2009.-16 aprel.-S.2.