Anım mərasimi keçirildi

 

Azərbaycan Teatr Xadimləri İttifaqında tanınmış səhnə xadimi, xalq artisti Kamal Xudaverdiyevin vəfatının ildönümü münasibətilə anım mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov dedi:

- Ehtiramla xatırlayıb yad etdiyimiz mehriban insan, istedadlı aktyor Kamal Xudaverdiyev 70 illik ömrünün 40 ildən çoxunu teatra sərf edib. Onun bir yeri olub: Akademik Dövlət Milli Dram Teatrı. Roldan rola tanınan, şöhrət qazanan aktyor Kamal Xudaverdiyev Hüseyn Cavidin, Cəfər Cabbarlının, Səməd Vurğunun, İlyas Əfəndiyevin başqa dramaturqların əsərlərində maraqlı obrazlar qalereyası yaratmışdı. O, "Azərbaycanfilm" kinostudiyasında bir neçə bədii filmə çəkilmiş, "Atayevlər ailəsi", "Şərqin səhəri", "Alov" başqa televiziya tamaşalarında yaddaqalımlı rollar oynamışdı. Kamal Xudaverdiyev teatrı, sənətini varlığı qədər sevərdi. Hətta istirahət günlərində yerinə gələrdi. Əməyi vaxtaşırı qiymətləndirilən xalq artisti fəxri ada layiq görülmüşdü. Onun yaratdığı obrazları unutmaq mümkün deyil.

Teatrşünas Məryəm Əlizadə mərhum aktyorun teatrda yaratdığı obrazlar barədə danışdı:

- Kamal Xudaverdiyev 1965-ci ildə Akademik Milli Teatrda əmək fəaliyyətinə başlamışdı. Oynadığı "Xoşbəxtlər"də Sadıq, "Məhv olmuş gündəliklər"də Ədalət, "Mahnı dağlarda qaldı"da Bahadır, "Vaqif"də Eldar, "Fəryad"da Nəsimi, "Dar ağacı"nda Aqşin başqa rollar teatr tariximizə yazılıb. Müsbət insani keyfiyyətlərinə sənətsevərliyinə görə gələcək nəsillər onu unutmayacaq, ehtiramla xatırlayacaqlar.

Anım mərasiminin sonunda aktyorun vaxtilə oynadığı tamaşalardan fraqmentlər göstərildi.

 

 

T.Ağaoğlu

 

Azərbaycan.-2009.-16 aprel.-S.16.