Bakıda Azərbaycan-Latviya biznes-forumu keçiriləcək

 

Tədbir Latviyanın xarici işlər naziri Maris Riekstinışın Azərbaycana səfəri çərçivəsində reallaşacaq.

Səfər zamanı M.Riekstinışın Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadi inkişaf naziri Şahin Mustafayev digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur. Görüşlərdə iki ölkə arasında siyasi iqtisadi əlaqələr, hökumətlərarası komissiyanın növbəti iclasının gündəliyi, eləcə bu ilin ortalarında Latviya Prezidenti Valdis Zatlersin Azərbaycana planlaşdırılan səfəri ilə bağlı məsələlər müzakirə olunacaq.

Səfər çərçivəsində, həmçinin Azərbaycan-Latviya biznes-forumu keçiriləcək. Latviya xarici işlər nazirinin qatılacağı tədbirdə hər iki ölkənin müvafiq qurumlarının nümayəndələri adamları iştirak edəcəklər. Biznes-forumda Azərbaycanla Latviya arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunacaq adamlarının ikitərəfli görüşləri keçiriləcək.

 

 

Azərbaycan.-2009.-16 aprel.-S.14.