Bu gün Bakıda turizm üzrə iki beynəlxalq sərgi açılır

 

Bu gün Heydər Əliyev adına Sərgi Konsert Kompleksində 8-ci Azərbaycan beynəlxalq "Turizm səyahətlər - 2009" 3-cü Qafqaz beynəlxalq "Mehmanxana, restoran super marketlər üçün avadanlıq ləvazimatlar" sərgiləri açılır.

Bu münasibətlə keçirilən mətbuat konfransında öncə çıxış edən Mədəniyyət Turizm Nazirliyinin nümayəndəsi Aydın İsmayılov bildirdi ki, "Turizm səyahətlər - 2009" sərgisində dünyanın 20 ölkəsindən 78 şirkət iştirak edəcək. Onların təxminən 35 faizi yerli şirkətlərdir. Qəbələ, Nabran, Quba, Lənkəran başqa regionların hotelləri, həmçinin Abşeron zonasının mehmanxana şəbəkələri sərgidə geniş təmsil olunacaq. Bunlardan əlavə, ənənəvi olaraq sərgidə Qarabağ stendi təqdim ediləcək. Stendin təşkilatçısı Mədəniyyət Turizm Nazirliyidir.

A.İsmayılovun sözlərinə görə, builki sərginin daha maraqlı olacağı gözlənilir. Səbəbi sərginin islam dövlətlərinin mədəni birləşməsi şüarı altında keçirilməsidir. Üstəlik, Bakı islam mədəniyyətinin paytaxtı elan edilib. Bu münasibətlə sərgiyə İSESKO-ya üzv olan ölkələr dəvət olunub. Təşkilatın birləşmiş stendi çərçivəsində İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, İndoneziya İraq milli stendləri ilə çıxış edəcəklər. Eyni zamanda, sərginin sponsoru kimi çıxış edən Türkiyənin milli stendi var. Sərgidə İsveçrə, İtaliya, Tailand Çin kimi turizm sahəsində uğurlar qazanmış ölkələrlə yanaşı, Çexiya Ukrayna da öz potensiallarını iştirakçılara ziyarətçilərə nümayiş etdirmək imkanı qazanacaqlar.

Nazirliyin rəsmisi Azərbaycanda 2008-2017-ci illər üçün nəzərdə tutulmuş uğurla həyata keçirilən turizmin inkişafına dair Dövlət Proqramına toxunaraq vurğuladı ki, hazırda ölkəmizdə rəqabətli bazarın yaradılması, ponsionat mehmanxanaların maddi-texniki bazasının gücləndirilməsi, habelə onların səviyyəsinin beynəlxalq standartlara çatdırılması istiqamətində müəyyən işlər görülür. Bu sərgilər isə Azərbaycanın turizm biznesinin sərhədlərinin genişləndirilməsinə geniş imkanlar yaradacaq.

Sonra "İteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov "Mehmanxana, restoran supermarketlər üçün avadanlıq ləvazimatlar" sərgisi barədə məlumat verdi. Direktor qeyd etdi ki, sərgidə İtaliya, Almaniya, Türkiyə, Azərbaycan, Rusiya Ukraynadan 20 şirkət iştirak edəcək. Ekspozisiyaların assortimentinə mətbəx avadanlıqları, hamam otaqları üçün kosmetik aksesuarlar, supermarketlər üçün soyuducu anbar avadanlıqları, peşəkar camaşırxanalar, məişət kimyası s. daxildir.

Mətbuat konfransının sonunda KİV nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırıldı.

 

 

Azərbaycan.-2009.-16 aprel.-S.14.