KİV-lərin
inkişafına dövlət
dəstəyi Konsepsiyası
ilə bağlı
"dəyirmi masa"
keçirilmişdir
Dünən Azərbaycan
Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılmasına dair Prezident İlham Əliyevin 2009-cu il
3 aprel tarixli Fərmanına müvafiq olaraq jurnalist qrupları müzakirələr
aparmışlar.
"Səs"
qəzetinin təşkilatçılığı
ilə keçirilən
"dəyirmi masa"da
fondun kütləvi informasiya vasitələrinə
ayıracağı 1 milyon
300 min manatın verilmə
mexanizmi müzakirə
olunmuşdur. "Səs"
qəzetinin baş redaktoru Bəhruz Əliyev bildirmişdir ki, "Azərbaycan Respublikasında kütləvi
informasiya vasitələrinin
inkişafına dövlət
dəstəyi Konsepsiyası"na uyğun olaraq prioritet istiqamətlər müəyyənləşdirilmişdir.
"İki
sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,
"525-ci" qəzetin baş
redaktoru Rəşad Məcid, "Yeni Azərbaycan" qəzetinin
baş redaktoru Hikmət Balaoğlu, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Tolerantlıq"
Araşdırmalar Birliyinin
sədri Azər Rəşidoğlu çıxış
edərək məsələ
ilə bağlı fikirlərini bildirmişlər.
Mətbuat Şurasının sədri
Əflatun Amaşov fondun Müşahidə Şurasının tərkibinin
formalaşdırılması haqqında məlumat vermişdir.
Qeyd edilmişdir ki, Müşahidə Şurasının
qərarına əsasən
üzərində məhkəmə
hökmü olan, reket qəzetlər siyahısına düşən
və mütəmadi etik davranış qaydalarını pozan mətbu orqanlar maliyyə yardımından
kənarda qalacaqdır.
Azərbaycan.-2009.-16 aprel.-S.14.