Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın xarici işlər naziri Maris Riekstinşin başçılıq etdiyi
nümayəndə heyətini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev aprelin 16-da Latviyanın xarici işlər naziri Maris Riekstinşin başçılıq etdiyi
nümayəndə heyətini
qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında
ikitərəfli münasibətlərin
müxtəlif sahələrdə
uğurla inkişaf etdiyi vurğulandı, bu baxımdan yüksək səviyyəli
qarşılıqlı səfərlərin
əhəmiyyəti qeyd
olundu, əməkdaşlığın
daha da genişləndirilməsi
üçün yaxşı
imkanların olduğu
bildirildi, Latviyanın
xarici işlər nazirinin ölkəmizə
səfərinin ikitərəfli
münasibətlərin möhkəmlənməsinə
xidmət edəcəyinə
əminlik ifadə olundu.
AzərTAc
Azərbaycan.-2009.-17 aprel.-S.1.