Azərbaycan Prezidenti İlham Əliyev İsveçrənin iqtisadi
məsələləri üzrə
dövlət katibi Jan-Daniel Gerberi qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev aprelin 16-da İsveçrənin
iqtisadi məsələləri
üzrə dövlət
katibi, hökumətlərarası
iqtisadi komissiyanın həmsədri Jan-Daniel Gerberi
qəbul etmişdir.
Jan-Daniel Gerber Dünya Bankının Azərbaycan üzrə nümayəndəsi olarkən
ölkəmizdə bir
neçə dəfə
səfərdə olduğunu
bildirdi, xalqımızın
ümummilli lideri Heydər Əliyevlə görüşlərini ehtiramla
xatırladı. O, ötən dövr ərzində Azərbaycanda çox böyük iqtisadi inkişaf proseslərinin getdiyini və əldə olunan bütün bu nailiyyətləri ümummilli
lider Heydər Əliyevin və Prezident İlham Əliyevin misilsiz xidmətlərinin nəticəsi
kimi dəyərləndirdi.
Dövlətimizin başçısı Azərbaycanla
İsveçrə arasında
ikitərəfli münasibətlərin
yüksək səviyyədə
olduğunu bildirdi. Prezident İlham
Əliyev ölkəmizin
beynəlxalq maliyyə
qurumları ilə, o cümlədən Dünya
Bankı ilə də səmərəli əməkdaşlıq etdiyini
vurğuladı. Dövlətimizin başçısı əminliklə
qeyd etdi ki, Jan-Daniel Gerberin ölkəmizə bu səfəri Azərbaycan-İsveçrə
münasibətlərinin daha
da genişlənməsinə
öz töhfəsini
verəcəkdir.
AzərTAc
Azərbaycan.-2009.-17 aprel.-S.1.