Azərbaycan Respublikası İran İslam Respublikası arasında 2009-cu il martın 10-da Tehran şəhərində imzalanmış sənədlər haqqında

 

1.Azərbaycan Respublikası İran İslam Respublikası arasında 2009-cu il martın 10-da Tehran şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikası Hökuməti İran İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;

1.2. Azərbaycan Respublikasının Rabitə İnformasiya Texnologiyaları Nazirliyi ilə İran İslam Respublikasının İnformasiya Rabitə Texnologiyaları Nazirliyi arasında poçt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;

1.3. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi İran İslam Respublikasının İran Mədəni İrsi, Xalq Tətbiqi Sənəti Turizm Təşkilatı arasında mədəni irs sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

1.4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi İran İslam Respublikasının Statistika Mərkəzi arasında statistika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;

1.5. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası İran İslam Respublikasının Milli Kitabxanası Arxivi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu.

2.Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1.1-1.5-ci bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3.Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1.1-1.5-ci bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə İran İslam Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 aprel 2009-cu il

 

Azərbaycan.-2009.-17 aprel.-S.1.