Azərbaycan Respublikası
və Küveyt Dövləti arasında
2009-cu il fevralın
10-da Əl-Küveyt şəhərində imzalanmış
sənədlər haqqında
1.Azərbaycan Respublikası və Küveyt Dövləti arasında 2009-cu il fevralın 10-da Əl-Küveyt şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:
1.1.Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın yaradılması haqqında Saziş;
1.2. Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş.
2.Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3.Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Küveyt Dövləti Hökumətini xəbərdar etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
14 aprel 2009-cu il
Azərbaycan.-2009.-17 aprel.-S.1.