"Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 2, maddə 82; 2001-ci il, ¹ 12, maddə 736; 2002-ci il, ¹ 3, maddə 116, ¹ 5, maddə 245; 2004-cü il, ¹ 2, maddələr 57, 58; 2005-ci il, ¹ 4, maddə 278; 2007-ci il, ¹ 8, maddə 752, ¹ 11, maddə 1079) 19-cu maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

"Müvafiq icra hakimiyyəti orqanı:

1) əcnəbi ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru (baş redaktoru) vəzifəsinə təyin edildikdə;

2) kütləvi informasiya azadlığından jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli il ərzində təkrar törətdikdə mətbu nəşrin fəaliyyətinin iki ay müddətinə dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırır.".

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2009-cu il

 

        Azərbaycan.-2009.-17 aprel.-S.1.