Azərbaycanın üzləşdiyi
işğal amili regionun təhlükəsizliyinə
ciddi təhdiddir
Azərbaycan Respublikasının
milli təhlükəsizlik
naziri, general-leytenant Eldar Mahmudov ölkəmizdə səfərdə
olan ABŞ dövlət
katibinin Avropa və Avrasiya məsələləri üzrə
müşaviri, ATƏT-in Minsk qrupunun həmsədri Mətyu Brayzəni onun xahişi ilə qəbul etmişdir.
Nazirliyin ictimai əlaqələr mərkəzindən
bildirmişlər ki, görüşdə nazir
Eldar Mahmudov Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı məsələlərə toxunaraq,
ölkəmizin üzləşdiyi
işğal amilinin nəzarətsiz ərazilər
problemi baxımından
nəinki Azərbaycanın,
eyni zamanda, bütün regionun təhlükəsizliyinə ciddi
təhdid olduğunu söyləmiş və münaqişənin tezliklə
həll olunmasının
vacibliyini qeyd etmişdir.
Milli təhlükəsizlik naziri,
həmçinin regionda
gedən proseslər, reallıqlar və mümkün təhdidlər
barədə danışmış,
beynəlxalq terrorçuluq
və ekstremizmə, transmilli mütəşəkkil
cinayətkarlığın müxtəlif təhlükəli
təzahürlərinə qarşı
aparılan mübarizə
tədbirləri və
onların konkret nəticələri barədə
məlumat vermişdir.
Görüşdə tərəfləri maraqlandıran
digər məsələlər
barədə də fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.-2009.-17 aprel.-S.4.