Xüsusi amansızlıqla həyata keçirilmiş qətllərin üstü açılmışdır

 

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş səmərəli istintaq-əməliyyat tədbirləri 6 il əvvəl xüsusi amansızlıqla törədilmiş qətllərin üstünün açılması ilə nəticələnmişdir.

Ədliyyə, Daxili İşlər nazirliklərinin Baş Prokurorluğun birgə məlumatında deyilir ki, 2003-cü il aprelin 3-də 8-də Xətai rayonu, X.Məmmədov küçəsində yandırılmış vəziyyətdə kişi qadın meyitlərinin aşkar edilməsi faktları üzrə həmin tarixlərdə Xətai Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işləri başlanılmaqla istintaq aparılmışdır. Lakin meyitlərin şəxsiyyəti cinayəti törətmiş şəxslər müəyyən edilmədiyindən 2003-cü ilin oktyabr ayında hər iki cinayət işi üzrə icraat dayandırılmışdır.

Cari il yanvarın 22-də cinayət işləri üzrə icraat təzələnərək istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə edilməklə intensiv istintaq-əməliyyat tədbirlərinin icrasına başlanılmışdır.

Aparılmış birgə istintaq-əməliyyat tədbirləri nəticəsində tapılmış kişi qadın meyitlərinin şəxsiyyətləri müəyyən edilmişdir. Həmin meyitlərin 1980-cı il təvəllüdlü, Gürcüstan vətəndaşı Askarov Ramin Nizamoviç onun anası 1957-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı Askarova Göyçək Abdulla qızı olduğu müəyyənləşdirilmişdir.

Birgə keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətlərin Gürcüstan vətəndaşları - 1962-ci ildə Gürcüstanın Bolnisi rayonunda anadan olmuş Acalov Nazim Emin oğlu onun həyat yoldaşı, 1973-cü ildə Tbilisi şəhərində anadan olmuş Əhmədova Raina Ələddinovna tərəfindən törədildiyi müəyyən edilmişdir.

Bakı şəhərində oğurluq, qanunsuz odlu silah narkotik maddə əldə edib gəzdirmə, saxlama cinayətləri törətməkdə təqsirli bilinərək 2005-ci il fevralın 21-də Azərbaycan Respublikası CM-in 177.3.2-ci, 228.1-ci 234.1-ci maddələri ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş hazırda Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən N.Acalov 2003-cü ilin mart ayında kirayədə yaşadığı Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 33 nömrəli evin 48-ci mənzilində arvadı Raina Əhmədova ilə qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girərək, qohumu Askarov Ramin Nizamoviçi, onlara borclu olduğu pulu ödəməkdən imtina etdiyi üçün öldürmək qərarına gəlmişlər. Bundan sonra, N.Acalov Gürcüstanın Rustavi şəhərinə gedərək Bakı şəhərində satış üçün yeni malların olması adı ilə Ramin Askarovu aldadaraq Bakı şəhərinə dəvət etmiş 2003-cü il aprelin 2-də onunla kirayədə yaşadıqları mənzildə birlikdə şam yeməyi ilə spirtli içki qəbul etdikdən sonra ər-arvad Ramin Askarovun başına küt alətlə vurmuş iplə boğub öldürmüşlər. Cinayəti gizlətmək üçün N.Acalov arvadı ilə birlikdə meyiti X.Məmmədov küçəsi, 39 nömrəli binanın yaxınlığındakı zibillikdə yandırmışlar.

N.Acalov cinayətin onun tərəfindən törədilməsindən R.Askarovun anası Askarova Göyçək Abdulla qızının şübhələnəcəyini bilib, onu da öldürmək barədə arvadı ilə razılığa gəlmiş bu məqsədlə 2003-cü il aprelin 2-də Rustavi şəhərinə zəng edərək Göyçək Askarovanı aldadaraq Bakı şəhərinə, kirayədə yaşadıqları ünvana dəvət etmişlər. Əvvəl törətdikləri cinayəti gizlətmək məqsədi ilə eyni üsulla aprelin 7-də yaşadıqları mənzildə Göyçək Askarovanı da boğub öldürdükdən sonra cinayətin izini itirmək üçün binanın yaxınlığında yerləşən ərzaq mağazasının arxasında yandırmışlar.

Aparılmış istintaqla həmin cinayət hadisələrinin Acalov Nazim Emin oğlu onun həyat yoldaşı Əhmədova Raina Ələddinovna tərəfindən törədilməsi təkzibedilməz dəlillərlə tam sübuta yetirilmiş Nazim Acalova Azərbaycan Respublikası CM-in 120.2.1-ci, 120.2.5-ci, 120.2.6-cı 120.2.10-cu maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Raina Əhmədova isə həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmişdir.

Hazırda üzrə istintaq davam etdirilir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-17 aprel.-S.4.