Xarici İşlər Nazirliyində görüşlər

 

Ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin Avropa Avrasiya məsələləri üzrə müşaviri, ATƏT-in Minsk qrupunun həmsədri Mətyu Brayzə aprelin 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşmüşdür.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələlər müzakirə olunmuşdur.

 

* * *

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakı ofisinin yeni rəhbəri Əli Bilgə Cankorel ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, səfir Ə.B.Cankorel Azərbaycana təyinatından məmnun olduğunu diqqətə çatdırmış fəaliyyət dövründə rəhbərlik etdiyi təşkilatın Azərbaycanın Xarici İşlər Nazirliyi ilə sıx, faydalı səmərəli əlaqələr quracağını demişdir.

Nazir E.Məmmədyarov Əli Bilgə Cankoreli yeni təyinatı münasibətilə təbrik etmiş, ATƏT-in Bakı ofisi ilə daim sıx səmərəli əlaqələrin olduğunu qeyd edərək, bu əməkdaşlığın daha da genişlənəcəyi möhkəmlənəcəyinə ümidvar olduğunu bildirmişdir.

Nazir Əli Bilgə Cankorelə yeni vəzifəsində uğurlar arzulamışdır.

 

* * *

Aprelin 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan latviyalı həmkarı Maris Riekstinşlə görüşmüşdür. Görüşdən sonra birgə mətbuat konfransı keçirən nazirlər müzakirə olunan məsələlər haqqında məlumat vermişlər.

Nazir E.Məmmədyarov bildirmişdir ki, görüşdə siyasi, iqtisadi, humanitar digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə edilmişdir. Bundan əlavə, BMT digər beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılmışdır.

E.Məmmədyarov demişdir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunulmuş, məsələnin yalnız Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həllinin mümkünlüyü vurğulanmışdır.

Söhbət zamanı Latviya Prezidenti Valdis Zatlersin cari ilin yayında Azərbaycana planlaşdırılan səfəri ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Nazir M.Riekstinş Latviya üçün Azərbaycan ilə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayaraq bildirmişdir ki, səfərinin əsas məqsədi iki ölkə arasında dialoqun davam etdirilməsi möhkəmləndirilməsidir. Görüşdə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramına dair fikir mübadiləsi aparılmışdır Latviya bu layihəni dəstəkləyir.

M.Riekstinş aprelin 17- Bakıda Azərbaycan-Latviya biznes forumunun keçiriləcəyini xatırlatmış, ölkəsinin Azərbaycanda informasiya texnologiyaları, nəqliyyat, maliyyə-bank sektoru sahələrinə maraq göstərdiyini bildirmişdir.

 

 

Azərbaycan.-2009.-17 aprel.-S.4.