Latviyanın xarici işlər naziri Maris Riekstinşin başçılıq etdiyi
nümayəndə heyəti
Səngəçal neft
terminalında olmuşdur
Azərbaycanda səfərdə olan Latviyanın xarici işlər naziri Maris Riekstinşin başçılıq
etdiyi nümayəndə
heyəti Səngəçal
neft terminalında olmuşdur.
Xəzər Enerji Mərkəzindən
başlanmış tanışlıq
zamanı terminalın
rəhbərləri qonaqlara
mərkəz barədə
ətraflı məlumat
vermişlər.
Qonaqlar karbohidrogenlərin yaranması,
kəşfiyyatı, hasilatı,
nəqli, emalı və digər məsələləri əhatə
edən zəngin eksponatlara, kosmosdan çəkilmiş nadir görüntülərə,
eləcə də ölkəmizin neft-qaz sənayesi haqqında dolğun məlumatları
əks etdirən şəkillərə, qlobal
enerji layihələri
haqqında slaydlara maraqla baxmışlar.
Bildirilmişdir ki, inşasına 2001-ci ildən
başlanmış terminalda
tutumu 880 min barrel olan
3 xam neft çəni, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi
vardır. Buraya fiberoptik rabitə
kabelləri, sahildən
187 kilometr aralıda yerləşən dəniz
yataqlarından sualtı
neft və qaz kəmərləri çəkilmişdir.
Latviyalı qonaqlar avtobusla terminalın ərazisini gəzmiş, onlara buradakı texnoloji proseslər barədə məlumat verilmişdir.
Dünyanın ən nəhəng terminallarından
biri ilə tanışlıq qonaqlarda
xoş təəssürat
doğurmuşdur.
AzərTAc
Azərbaycan.-2009.-17 aprel.-S.4.