Kolxəlfəli kəndinin bu
günü
Ölkəmizdə geniş
quruculuq, tikinti, abadlıq işləri aparılır. Yeni
yaşayış sahələri salınır, çoxmərtəbəli
binalar ucaldılır, müasir tələblərə cavab
verən olimpiya idman kompleksləri istifadəyə verilir. İnsanların
asudə vaxtlarını səmərəli keçirməsi
üçün istirahət guşələri düzəldilir,
yaşıllıqlar, parklar, xiyabanlar salınır.
Hamının ürəyindən
xəbər verən bu xeyirxah işlər Ağstafa rayonunda,
onun kənd və qəsəbələrində də
görülür. Quruculuq işləri sayəsində son
vaxtlar rayonun siması xeyli dəyişib, gözəlləşib.
Ölkə Prezidenti cənab İlham Əliyev Ağstafada səfərdə
olarkən Heydər Əliyev Mərkəzinin
açılış mərasimində demişdir:
"Bakıdan uzaqda yerləşən rayonların
inkişafına diqqət göstərməliyik. Sərhəd
rayonlarına ilk növbədə, o cümlədən
Ağstafa rayonuna. Mən çox şadam ki, burada işlər
yaxşı gedir və yəqin son aylar ərzində
böyük dəyişikliklər hiss edirsiniz. Altı aya
tikiş fabriki tikilibdir. Növbəti illərdə işlər
daha da sürətlə gedəcəkdir".
Doğrudan da, son illər
rayonda, eləcə də kəndlərdə xeyli ürəkaçan
işlər görülüb. Bu, ilk baxışdan hiss edilir.
Kolxəlfəli kənd ərazi nümayəndəsi Nərbala
Piriyev söhbət zamanı bu barədə belə dedi:
- Nümayəndəliyimiz
bir neçə ildir yaradılıb. 2004-cü ildə
qonşu Pirili kəndindən ayrılaraq müstəqil fəaliyyət
göstərir. Hazırda rayon rəhbərliyinin köməyi
ilə nümayəndəlik üçün idarə
binası tikilir.
Kənddə 1200-dən
çox əhali yaşayır. Orta məktəb, kitabxana,
klub, feldşer-mama məntəqəmiz var. Camaat əsasən əkinçilik
və maldarlıqla məşğuldur.
Kənd bələdiyyəsi də iki ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində müəyyən işlər görməyə çalışıb. Kəndarası yollara öz vəsaitləri hesabına çınqıl döşədib. Bu işlər gələcəkdə də davam etdiriləcək. Camaatın içməli suya olan ehtiyacını ödəmək üçün bir artezian quyusu təmir etdirilib istifadəyə verilib.
Torpaqlarımızın bütövlüyü, sərhədlərimizin toxunulmazlığı uğrunda qurban gedənlər unudulmur. Veteranlara, şəhid ailələrinə, imkansızlara kömək edirik. Əlilləri də diqqətdən kənarda qoymuruq. Onlar üçün əlavə pay torpaqları ayrılıb, həyətyanı sahələr verilib.
Fürsət düşmüşkən, həyatımızda dönüş yaradan bir məsələni xüsusi qeyd etmək istəyirəm. Məlumdur ki, Ağstafada yeni tikiş fabriki istifadəyə verilib. Həmin fabrikin açılış mərasimində iştirak edən ölkə başçısı işçiləri təbrik edərək dedi ki, burada işləmək üçün çox gözəl şərait yaradılmışdır. Ən müasir avadanlıq quraşdırılmışdır. Yəni burada işləmək sizin üçün xoş olmalıdır. Əminəm ki, siz səmərəli işləyəcək və Azərbaycanın bütün regionlarının, o cümlədən Ağstafa rayonunun inkişafına öz töhfənizi verəcəksiniz.
Ölkə başçısının rayonun inkişafına göstərdiyi bu qayğı Kolxəlfəli kəndinin camaatında da böyük ruh yüksəkliyi yaradıb. Onların sabaha olan inamını daha da artırıb.
Eldar Nəsibli
Azərbaycan.-2009.-17
aprel.-S.7.