Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşmüşdür

 

Rusiyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də İTAR-TASS agentliyində Rusiya Federasiyasının aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşmüşdür.

İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko bu görüşün Prezident İlham Əliyevin müxtəlif məsələlərə dair fikirlərini bilavasitə özündən eşitmək üçün yaxşı imkan olduğunu vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan-Rusiya ikitərəfli münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın beynəlxalq energetika layihələrində iştirakı, dünyadakı iqtisadi maliyyə böhranı şəraitində ölkəmizin iqtisadi inkişafı, regional məsələlər, Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu digər məsələlər barədə suallara ətraflı cavab verdi.

Maraqlı keçən söhbətdə Ümumrusiya Dövlət Televiziya Radio Verilişləri Şirkətinin baş direktoru Oleq Dobrodeyev, Rusiyanın Birinci kanalının baş direktoru Konstantin Ernst, “RİA Novostiagentliyinin baş redaktoru Svetlana Mironyuk, “Exo Moskvıradiostansiyasının baş redaktoru Aleksey Venediktov, Rusiyanın aparıcı qəzet jurnallarının rəhbərləri iştirak etmişlər.

Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva görüşdə iştirak edirdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-19 aprel.-S.1.