Dövlət qulluqçularının
peşə bayramı
ilə bağlı tədbirlər planı təsdiq edilmişdir
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
rəhbəri Ramiz Mehdiyevin 10 aprel 2009-cu il tarixli
sərəncamı ilə
“Dövlət qulluqçularının
peşə bayramı
gününün qeyd
edilməsi ilə bağlı tədbirlər
planı” təsdiq edilmişdir.
Sənəddə Dövlət İdarəçilik Akademiyasında dövlət qulluğunun aktual problemlərinə dair elmi-praktiki konfransın keçirilməsi, Dövlət Statistika Komitəsi tərəfindən müvafiq statistik məlumatların dərc edilməsi, yerli icra hakimiyyətlərində tədbirlərin təşkil olunması, ölkəmizdə formalaşan dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında ictimaiyyətin məlumatlandırılması, dövlət orqanlarında uzun illər səmərəli işləyən dövlət qulluqçularının orden, medal və fəxri adlara layiq görülməsi, dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi barədə təkliflərin hazırlanması nəzərdə tutulmuşdur.
Bu tədbirlər may-iyun aylarında reallaşdırılacaqdır.
AzərTAc
Azərbaycan.-2009.-19 aprel.-S.1.