Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin başçısı Leyla ƏliyevaVestiproqramına müsahibə vermişdir

 

Aprelin 18-də “RossiyateleviziyasınınVestixəbərlər kanalında Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin başçısı, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın müsahibəsi göstərilmişdir.

Leyla Əliyeva müxbirin suallarına cavabında Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, özünün təşəbbüsü ilə yaradılan Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının vəzifələri haqqında məlumat vermişdir. Leyla Əliyevanın yaratdığı təşkilatın məqsədi Rusiyada yaşayan azərbaycanlı gəncləri birləşdirmək, onların Rusiya cəmiyyətinə inteqrasiyasına kömək göstərmək, habelə Azərbaycan mədəniyyətini təbliğ etməkdir.

O, ölkəmizin tarixi mədəniyyəti haqqında, dünyanın müxtəlif guşələrində yaşayan istedadlı həmvətənlərimiz barədə geniş oxucu auditoriyasına söhbət açanBakujurnalından danışarkən demişdir ki, Azərbaycan haqqında bütün informasiyanı əhatə edən, Bakı haqqında nəfis jurnal buraxmaq onun çoxdankı arzusu idi.

Leyla Əliyeva gənclər məsələsinə toxunaraq bildirmişdir ki, Azərbaycan gəncləri Rusiya gənclərindən heç ilə fərqlənmir, Azərbaycanda isə Şərq ilə Qərb arasında böyük fərq hiss edilmir.

 

 

AzərTAc 

 

Azərbaycan.-2009.-19 aprel.-S.3.