Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatmışdır
Aprelin 19-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar
səfəri başa çatmışdır.
Moskvanın “Vnukovo-2" hava limanında Prezident İlham Əliyevi Rusiyanın yüksək vəzifəli
dövlət və hökumət nümayəndələri
yola salmışlar.
Azərbaycan
Prezidenti həmin gün Bakıya qayıtmışdır. Dövlətimizin
başçısını Heydər Əliyev adına
Beynəlxalq Hava Limanında Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı
Şəhər İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbov
qarşılamışlar.
AzərTAc
Azərbaycan.-2009.-21 aprel.-S.1.